Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1597/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus evdə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 mənzil 5 ünvana dair Cavabdeh2 nümayəndəsi X3 ilə xx.xx.2002-ci il tarixdə 4Ə-34 reyestr saylı alqı-satqı müqaviləsi bağlayaraq almış, cavabdehlər alqı-satqı müqaviləsi bağlayan zaman notariat kontoruna gələrək mənzilin ona satılmasına razı olduqlarını bildirmişər, lakin cavabdehlər mənzil satıldıqdan sonra mənzildə pasport qeydiyyatından çıxmağa razı olsalar da bu günə kimi ona məxsus evdən pasport qeydiyyatından çıxmamışlar, cavabdehlər ona məxsus evdə formal qeydiyyatda dururlar, cavabdehlərin ona məxsus evdə heç bir əşyası yoxdur və o, hazırda cavabdehlərin harada yaşamaları barədə məlumatları yoxdur. Cavabdehlər bacıqardaşdırlar. Cavabdehlərin ona məxsus mənzildə iradəsində zidd olaraq pasport qeydiyyatında qalınmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur, o, cavabdehlərə görə əlavə kommunal xərclər ödəyir. İddiaçının nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 əvəzindən X3 tərəfindən ünvan 2 ünvanı İddiaçı 50000 manata satılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən yazılmış ərizədə, ünvan 1 mənzil 5 ünvanın satılmasına, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh3 tərəfindən yazılmış ərizədə, ünvan 1 mənzil 5 ünvanın satılmasına , bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu bildirmiş və bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllədinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər ünvan 1 mənzil 5 ünvanda qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 1 mənzil 5 ünvanda yerləşən evdən istifadə hüququ itirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ünvan 1 mənzil 5 ünvandan istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1597/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1597/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver