Məhkəmə qərarları › İş №2(044)-1607/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1607/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1607/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X5, Cavabdeh Hüseynova Rada Mahmud qızının iştirakı ilə, İddiaçı cavabdehlər Hüseynova Rada Mahmud qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Hüseynova Rada Mahmud qızına, Cavabdeh2. Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Hüseynova Rada Mahmud qızının, Cavabdeh2, Cavabdeh3 ona məxsus ünvan 1 ünvana olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə ona məxsusdur və həmin mənzil 96.2 kv.m-dir. Cavabdehlər onun qohumlarıdır, Cavabdeh1 onun qardaşının arvadı, Cavabdeh2 və Cavabdeh3 isə qardaşının uşaqlarıdır. Cavabdehlər ona məxsus ünvanda yaşamırlar və o, cavabdehlərin ona məxsus ünvandan qeydiyyatdan çıxarılmalarını tələb etsə də, cavabdehlər min bir bəhanə gətirərək ona məxsus evdən qeydiyyatdan çıxmamaları, onun mülkiyyət üzərində hüquqularının pozulmasına və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdehlərin ona məxsus evdə formal olaraq qeydiyyatda qalmaları səbəbindən o, əlavə kommunal xərclər ödəməli olur. İddiaçının nümayəndəsi, vəkil X13 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Hüseynova Rada Mahmud qızı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. O, iddiaçıya məxsus evdə qeydiyyatdadır, lakin iddiaçıya məxsus evdə yaşamır. 01.10.2016-ci il tarixli çıxarışla həyat yoldaşı X2 məxsus ünvan 2 ünvanda yaşayır. İddia tələbinin təmin olunmasına etiraz etmədi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh Hüseynova Rada Mahmud qızının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 09.03.2021-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan İddiaçı adına qeyd edilmişdir. 29.03.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, döngə 1, ev 23 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X3, Cavabdeh1, X6, X8, X9, Hüseynova Mədinə Fuad qızı, Cavabdeh2, Cavabdeh3 ibarətdir. 06.04.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Hüseynova Rada Mahmud qızı, Cavabdeh2, Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, döngə 1, ev 23 ünvandan qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 01.10.2016-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan X1 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, döngə 1, ev 23 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, döngə 1, ev 23 ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Hüseynova Rada Mahmud qızının, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvana olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar