Məhkəmə qərarları › İş №2(044)-1626/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1626/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1626/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2014cü il tarixdən ona məxsusdur və həmin mənzil ona yaxın qohumu olan X1 vərəsəlik qaydasında keçmişdir. Cavabdehlərin həmin mənzilə dair hər hansı hüquqları yoxdur. Bu barədə qüvvəyə minmiş məhkəmə qərarları vardır. Buna baxmayaraq cavabdehlər halhazıradək ona məxsus mənzildə formal olaraq pasport qeydiyyatında dururlar. Cavabdhlərin ona məxsus mənzildə pasport qeydiyyatında durmaları, onun mənzil üzərində qanunla qorunan mülkiyyət hüquqlarını pozur. O, mənzil üzərində sərəncam verə bilmir və o, cavabdehlərə görə əlavə kommunal xərclər ödəməli olur. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılmaları üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ibarətdir. xx.xx.2020-ci il tarixli 113 saylı arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvan İddiaçı adınadır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin vaxtdan qeyd olunan ünvanda qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar, harada yaşamaları məlum deyil və mənzil sahibi ilə qohumluq əlaqələri yoxdur. xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Aulina (Zaxarova) Larisa Aleksandrovnanın nikahları xx xxxxxx 1979-cu il tarixdə 1744 saylı akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddianın cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi hissəsinə qərardadla xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər ünvan 1 ünvanda pasport qeydiyyatinda olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda onlar, mübahisəli mənzildən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının ev üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyirlər. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvandan istifadə hüquqları itirilmiş hesab edilsin. İddaçıya izah edilsin ki, mübahisəli ünvandan cavabdehin pasport qeydiyyatından çıxarılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon üzrə ərazi qurumuna müraciət edə bilər. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar