Məhkəmə qərarları › İş №2(044)-163/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-163/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-163/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 QSC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC-nə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC-nə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 QSC ilə İddiaçı1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 06S000007304 və İddiaçı2 ilə bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 06S000018366 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməklə bu müqavilələrə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında bildirdi ki, cavabdehlər Cavabdeh2 QSC-ti ilə Cavabdeh1 arasında 2012-ci ildə 06L000003366 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında götürülmüş kredit Cavabdeh1 tərəfindən ödənilmədiyi üçün Cavabdeh2 QSC-ti tərəfindən məhkəmədə iddia qaldırılmış və hazırda həmin mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin iş üzrə zamin olaraq borclu Cavabdeh1ıə yanaşı onlara qarşı iddia qaldırılmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(044)-57/2018 saylı qətnaməsi ilə 42193.83 ABŞ dolları borcun müştərək qaydada zaminlərdən və əsas borcludan alınaraq iddiaçı Cavabdeh2 QSC-nə ödənilməsi qət edilmişdir. Onların adından, “İddiaçı1 ilə xx xxxx 2014-cü il tarixli, 06S000007304 və İddiaçı2 ilə xx xxxxxxxx 2012-ci il tarixli, 06S000018366 saylı zaminlik müqavilələri” bağlanmışdır. Lakin onlar bu zaminlik müqavilələrini imzalamamışlar, həmin müqavilələr onların adlarından yazılıb tərtib edilsə də həmin müqavilələrdə olan imzalar onlara məxsus deyildir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasında bildirdi ki, o, 2012-ci ildə bağlanmış kredit müqaviləsi üzrə zamin durmuş lakin sonrakı kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə imza atmamışdır. Lakin buna baxmayaraq bank onu da zamin kimi proseslərə cəlb etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, Cavabdeh2 QSC-ti ilə arasında xx.xx.2012-ci il tarixdə 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən ona 30 ay müddətinə 43000 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təmini kimi bank ilə X8, İddiaçı1, İddiaçı2, X9 arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödəniş etməmiş və bu səbəbdən də Cavabdeh2 QSC-ti borcun ödənilməsi barədə məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsinə əsasən, ondan və zaminlərdən müştərək qaydada borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. O, iddia tələbinin təmin olunması məsələsini məhkəməyə həvalə etdiyini bildirdi. Cavabdeh2 QSC-nin nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, Cavabdeh2 QSC-ti ilə ilə Cavabdeh1 arasında 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış və tərəflər arasında xx xxxx 2014-cü il tarixdə imzalanmış razılaşmaya əsasən 30 ay müddətinə 43000 (qırx üç min) ABŞ dolları məbləğində kredit verilmiş, bundan sonra iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 06R000017828s saylı razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə imzalanmış 006KK**********01 saylı razılaşmaya əsasən Cavabdeh1 12 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təmini kimi bank ilə cavabdehlər X8, İddiaçı1, İddiaçı2, X9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit verilən zaman restrukturizasiya düşdüyündən, kredit götürülərkən iddiaçılar müqavilə ilə tanış olmamışlar, xx.xx.2014-cü il tarixdə bağlanmış razılaşmaya İddiaçı2lə müqavilə bağlanmış, lakin İddiaçı1 ilə bağlanmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların, Cavabdeh1 və Cavabdeh2 QSC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 57/2018-saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2, İddiaçı1, İddiaçı2, X1, X3, X4, X5 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə əsas borc 30955.79 (otuz min doqquz yüz əlli beş dollar yetmiş doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 7767.67 (yeddi yüz yetmiş altı dollar altmış yeddi sent) ABŞ dolları, cərimə 5 (beş) ABŞ dolları, cəmi 38728.46 (otuz səkkiz min yeddi yüz iyirmi səkkiz dollar qırx altı sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 006KK**********01 saylı kredit razılaşması üzrə əsas borc 2929.20 (iki min doqquz yüz iyirmi doqquz dollar iyirmi sent) ABŞ dolları, faiz borcu üzrə 531.17 (beş yüz otuz bir dollar on yeddi sent) ABŞ dolları, cərimə 5 (beş) ABŞ dolları, cəmi 3465.37 (üç min dörd yüz altmış beş dollar otuz yeddi sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pul və 21 manat xidmət haqqı iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tələb öhdəliyin təmini kimi ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində qiymətləndirilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cəmi 42193.83 (qırx iki min yüz doxsan üç dollar səksən üç sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pul və 21 manat xidmət haqqı iddiaçı Cavabdeh2 QSC-nə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat Cavabdeh1 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməsi qət edilmişdir. xx.xx.2012-ci il tarixli 06S000007304 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 QSC-ti ilə tərəfindən Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı1 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 06S000018366 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 QSC-ti ilə tərəfindən Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/869 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 66-cı vərəqində Cavabdeh2 QSC ilə Cavabdeh1 adlarından olan xx.xx.2014-cü il tarixli 06S000018366 saylı zaminlik müqaviləsində “Zamin:” qrafasındakı imza - İddiaçı2 tərəfindən imza olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə iddiaçı iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-57/2018-saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X2, İddiaçı1, İddiaçı2, X1, X3, X4, X5 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə əsas borc 30955.79 (otuz min doqquz yüz əlli beş dollar yetmiş doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 7767.67 (yeddi yüz yetmiş altı dollar altmış yeddi sent) ABŞ dolları, cərimə 5 (beş) ABŞ dolları, cəmi 38728.46 (otuz səkkiz min yeddi yüz iyirmi səkkiz dollar qırx altı sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 006KK**********01 saylı kredit razılaşması üzrə əsas borc 2929.20 (iki min doqquz yüz iyirmi doqquz dollar iyirmi sent) ABŞ dolları, faiz borcu üzrə 531.17 (beş yüz otuz bir dollar on yeddi sent) ABŞ dolları, cərimə 5 (beş) ABŞ dolları, cəmi 3465.37 (üç min dörd yüz altmış beş dollar otuz yeddi sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və həmin iş üzrə məhkəmə xəttşünaslıq ekspertizsı təyin edilmiş, ekspertizanın xx.xx.2020-ci il tarixli 4/869 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 QSC ilə Cavabdeh1 adlarından olan xx.xx.2014-cü il tarixli 06S000018366 saylı zaminlik müqaviləsində “Zamin:” qrafasındakı imza - İddiaçı2 tərəfindən imza olunmuşdur. Göründüyü kimi Cavabdeh2 QSC-ti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 06S000018366 zaminlik müqaviləsi bağlanmışdır. Odur ki, zamin borc götürənlə birgə iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC-nə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC-nə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar