Məhkəmə qərarları › İş №2(044)-1638/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1638/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1638/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X8 və X9 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, X8 və X9 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları X4 və X5 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, ev 1-də yerləşən mülkündə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, ev 1-də yerləşən mülk üzərində mülkiyyət hüququ ona məxsusdur və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh olan oğlu Cavabdeh 2007-ci ilin iyul ayında ailə qurmuş və həmin vaxtdan mülkiyyət hüququ ilə ona məxsus olan digər ünvanda ünvan 1dı X10 hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Lakin buna baxmayaraq cavabdeh onun mənzilində qeydiyyatda olmaqla davam edirlər, hətta sonradan iki övladını – 10.04.2008ci il tarixdə anadan olmuş X11 və 12.05.2012-ci il tarixdə anadan olmuş X12 faktiki daimi yaşayış yerləri olan ünvan 2 ünvanda deyil, ünvan 3. Əslində cavabdehin və onun övladlarının sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh tüfeyli həyat yaşayır, spirtli içkilər içir. Dəfələrlə onun haqqında tədbirlər görülməsi üçün polis onu bu ünvanda axtarmışdır. O, daima spirtli içkilərin təsirində olduğundan səbəbsiz yerə onun digər övladlarını döymüş, təhqir etmiş və bununla bağlı polisə müraciət olunmuş, onun haqqında məhkəmə qaydasında inzibati tədbirlər görülmüşdür. Ancaq cavabdeh nəticə çıxartmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun həmin mülklə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırmışdır. O, mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. O, dəfələrlə cavabdehin könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxması və hal-hazırda yaşadıqları ünvanda qeydiyayta düşməsi barədə cavabdehə təklif etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Cavabdeh hər zaman digər məsələlərdə olduğu kimi bu məsələdə də onu əsəbiləşdirir, mübahisə edir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və onun uşaqları X6 və X7 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, ev 1-də yerləşən mülkündən istifadə hüquqlarına xitam verilməklə, onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdehlər Cavabdeh, X11 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 16.03.2007-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, ev 1 İddiaçı adına qeyd edilmişdir. 30.03.2007-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 İddiaçı adına qeyd edilmişdir. 11.03.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, ev 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X13, X14, Cavabdeh ibarətdir. 11.03.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan şəxslər X2 ibarətdir. 28.04.2021-ci il tarixli 125 saylı arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, Gülüstan massivi bina 15, mənzil 19 ünvanda yaşayır və ailə tərkibi Cavabdeh, X14 və X3 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddianın cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi hissəsinə qərardadla xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər ünvan 5 ünvanda pasport qeydiyyatinda olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda onlar, mübahisəli mənzildən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 5 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh və yetkinlik yaşına çatmayan övladları X4 və X5 Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, ev 01 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddaçıya izah edilsin ki, mübahisəli ünvandan cavabdehin pasport qeydiyyatından çıxarılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon üzrə ərazi qurumuna müraciət edə bilər. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar