Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1680/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəliyin tanınmasına dair ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras mülkə dair tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə X1 birinci dərəcəli vərəsəsi kimi tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən görünür ki, iddia tələbi üzrə ərizəçinin qeydiyyatda olduğu ünvan Gəncə şəhəri Nizami rayonu ərazisinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ərizədən və Elektron Məhkəmə Sistemindən görünür ki, Ərizəçi Gəncə şəhəri Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatdadır. Beləliklə hesab edirəm ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanı Gəncə şəhəri Nizami rayonu ərazisinə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəliyin tanınmasına dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edə bilər və iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1680/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1680/2022
02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver