Məhkəmə qərarları › İş №2(044)-1765/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1765/2021

16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1765/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X12 Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, 31 dekabr 1947-ci ildə keçmiş Ermənistan SSR-in Verdi rayonunda anadan olmuş Fərzəliyeva (Əzizova) Sofiya Ağayar qızının doğma bacısı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 31 dekabr 1947-ci ildə keçmiş Ermənistan SSRin Verdi rayonunda anadan olmuş ərizəçinin bacısı Fərzəliyeva (nikahdan sonrakı soyadı Əzizova) Sofiya Ağayar qızı 18 sentyabr 2020-ci ildə Abşeron rayonunun Məmmədli kəndində vəfat etmişdir. Ondan vəfat edən günə qədər alınmamış pensiyası qalmışdır. Bacısı X4 əri X21 09 noyabr 2013-cü ildə vəfat etmişdir. Birgə nikahdan onların uşaqları olmamışdır. Ərizəçi X2 qanun üzrə birinci növbə vərəsəsidir. Lakın bacısının doğum haqqında şəhadətnaməsi hansı səbəbdənsə evlərində tapılmamışdır. Bacısının doğumuna dair sənəd təqdim edə bilmədiyindən 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bacısının doğumuna dair sənədi məhkəmədən kənar qaydada əldə etmək mümkün deyildir. Fərzəliyeva (Əzizova) Sofiya Ağayar qızının onun doğma bacısı olması faktını müəyyən etdirməkdə məqsəd ondan qalan pensiya məbləğini almaqdan ibarətdir. Qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi X12 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, ərizəçi X7 uzun illərdir ki, iş yoldaşı kimi tanıyır. X1 qohumları ilə əlaqdar olan ad günü və digər tədbirlərdə həmişə iştirak etmişdir. O, X5 digər qohumlarından da həmişə eşitmişdir ki, Heydər Fərzəliyevin 1947-ci ildə keçmiş Ermənistan SSR-in Verdi rayonunda anadan olmuş X9 adlı bacısı olmuş və 18 sentyabr 2020-ci ildə Abşeron rayonunun Məmmədli kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, ərizəçi X12 ilə yaxın ailəvi dostdur, həmçinin iş yoldaşı kimi tanıyır. O, X7 tanıyandan ümumi dostları, həmçinin sonuncunun qohumlarından eşitmişdir ki, Heydər Fərzəliyevin 1947-ci ildə keçmiş Ermənistan SSR-in Verdi rayonunda anadan olmuş X9 adlı bacısı olmuş və 18 sentyabr 2020-ci ildə Abşeron rayonunun Məmmədli kəndində vəfat etmişdir. 16.10.2020-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 18 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. 14.11.2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 09.11.2013-cü il tarixdə vəfat etmişdir. 26.07.1999-cu il tarixdə Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X4 nikahları 26 iyul 1999-cu il tarixdə 103 saylı akt qeydi ilə bağlanmışdır. 22.06.1972-ci il tarixli, 210591 saylı diplomun surətindən görünür ki, X9 M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və azərbaycan dilləri üzrə ixstisasını bitirmişdir. 12.09.1986-cı il tarixli, 2512 saylı vəsiqənin surətindən görünür ki, X6 12.09.1986-cı il tarixli, 307 saylı əmr ilə ingilis dili üzrə “baş müəllim” adı verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin X3 tərəfindən X5 etibarnamə üzrə nümayəndəsi X11 ünvanlanmış 15 mart 2021-ci il tarixli, 609 saylı məktubdan görünür ki, X5 adından 18.09.2020-ci ildə vəfat etmiş X14 mirasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, qanun üzrə vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Mülki Məcəllənin 1159-cu maddəsinə müvafiq olaraq rəsmən vərəsə kimi müəyyən olunan şəxslərin müraciəti və vərəsəliyin rəsmiləşdirilməsinə əsas olan sənədlərin təqdim olunması və ya elektron informasiya sistemində müvafiq məlumatın olması zəruridir. Lakin şifahi məlumata əsasən X5 mirasqoyan X14 hər hansi növbədən vərəsəsi olmasını müəyyən edən lazımi rəsmi sənədlər və əsaslar mövcud olmadığından mərhumun əmlakına vərəsəliyin rəsmiləşdirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi qeyri-mümkündür. X5 mirasqoyanın vərəsəsi olmasını təsdiq edən sənədlərin və ya müvafiq məhkəmə qərarının təqdim olunması zəruridir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 18.09.2020-ci il tarixdə vəfat etmiş Fərzəliyeva (Əzizova) Sofiya Ağayar qızı ərizəçi X5 bacısıdır. Məhkəmə hesab edir ki, 18.09.2020-ci il tarixdə vəfat etmiş Fərzəliyeva (Əzizova) Sofiya Ağayar qızının ərizəçi X5 bacısı olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.09.2020-ci il tarixdə vəfat etmiş Fərzəliyeva (Əzizova) Sofiya Ağayar qızının ərizəçi X5 bacısı olması faktı müəyyən müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar