Məhkəmə qərarları › İş №2(044)-1774/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1774/2021

24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1774/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas kirayəçisi olduğu, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 26 saylı evin 15 saylı mənzilində formal qeydiyyatda olan, heç vaxt həmin mənzildə yaşamayan Cavabdeh2 və Cavabdeh1 mənzilə istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 26 saylı evin 15 saylı mənzilində ailə üzvlərilə bərabər 1994cü ildən faktiki yaşayır, 2001-ci ilin aprel ayından isə həmin mənzildə qeydiyyatdadır. Bununla bağlı Gəncə şəhəri Nizami rayon Polis şöbəsinin pasport bölməsinin vermiş olduğu ev mənzil vərəqini ərizəsinə əlavə etmişdir. Mənzilin şəxsi hesabı əsas kirayəçi kimi məhkəmənin 19 dekabr 1997-ci il tarixli qətnaməsinə və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 23 mart 1998-ci il tarixli Sərancamı ilə onun adına dəyişdirilmişdir və bugünədək də o, həmin mənzildə qeydiyyatda olmaqla faktiki yaşayır. Mənzilin özəlləşdirilməsi və kommunal xidmətlərlə bağlı Gəncə-Asan xidmətindən qeydiyyat barədə arayış alarkən ona məlum olmuşdur ki, mənzildə tanımadığı və hansı əsasla mənzilə qeydiyyata alındıqları məlum olmayan Cavabdeh2 adlı və Cavabdeh1 adlı iki şəxs mənzildə formal qeydiyyatdadırlar. O, bu şəxsləri tanımır və kimlikləri və harada yaşamaqları ona məlum deyildir. Bu şəxslərin formal qeydiyyatda olmaları mənzilin kommunal xərcləri və adına özəlləşdirilməsi ilə bağlı problem yaradır və o, bu səbəbdən 27 ildir yaşadığı mənzili adına özəlləşdirə bilmir. Bu şəxlərin həmin mənzildə yaşamadıqlarını Gəncə İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də təsdiq edir. Cavabdehlər onun ailə üzvləri deyildir və onun həmin mənzildə yaşadığı 27 il ərzində o və ailə üzvlərindən başqa mənzildə heç kim yaşamamış və ya kiminsə həmin mənzilə köçürülməsinə və ya qeydiyyata alınmasına o, əsas kirayəçi olaraq razılıq verməmişdir. O, polis şöbəsinə müraciət etsə də, ona bildirilmişdir ki, həmin şəxslərin istifadə hüquqlarının barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda onlar qeydiyyatdan çıxarıla bilərlər. O, X10 Bölməsinin vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyi barədə inzibati məhkəməyə ərizə təqdim edərkən qəbul etməyib bildirdilər ki, mənzil özəl olmadığından o, yalnız qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər, ona görə də həmin iddia ərizəsi ilə o, məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar cavabdehlər məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayon, Yeni ünvan 1 İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadılar. - Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti Başçısının sərəncamından görünür ki, Gəncə şəhəri Yeni Gəncə yaşayış sahəsi 26 saylı evin bir otaqlı 18.00 kv.m yaşayış sahəli 15 saylı mənzilin şəxsi hesabı X1 adından İddiaçı adına dəyişdirilmişdir. Ailə tərkibi aşağıdakılardan ibarətdir. İddiaçı 1966-cı il, X5 həyat yoldaşı 1967-ci il, X2 1993-cü il, X3 1996-cı P.İddiaçı mənzil növbəliyindən çıxarılması, Ş.Tapşırığın Gəncə şəhəri M P U T U –nin rəhbərliyinə, mənzilin şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi qərara alınmışdır. - Gəncə Rayon Xalq Məhkəməsinin 19 dekabr 1997-ci il tarixli 2-555/97 saylı qətnaməsinə əsasən iddiaçı təşkilat olan Gəncə şəhər mənzil təmir istismar trestinin cavabdeh İddiaçı Yeni Gəncə yaşayış sahəsi 26 № li evin 15 № li mənzilindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməsi, cavabdeh İddiaçı Gəncə şəhəri Yeni Gəncə yaşayış sahəsi 26 № li evin 15 № li mənzilinin kirayəçisinin ailə üzvü hesab etməklə həmin mənzilin yaşayış sahəsinin kirayə müqaviləsi dəyişdirilib şəxsi hesab vərəqi onun adına dəyişdirilməsi qət edilmişdir. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Kommunal Təsərrüfat İstehsalat Birliyinin 18 sentyabr 2020-ci il tarixli şəxsi hesabdan çıxarışından görünür ki, əsas kirayəşin İddiaçı məxsus Yeni ünvan 1 ünvanında İddiaçı və oğlu X4 yaşayır, Cavabdeh1 və Cavabdeh2 yaşamırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 21.09.2020-ci il tarixli 120-18409 Y-3220 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh2nun və Cavabdeh1 mübahisəli mənzildən qeydiyyatdan çıxmağı üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlərin mübahisəli evdən istifadə hüququqları 2000-ci ildən əvvəl yarandığı üçün məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdehlər kirayədar İddiaçı yaşadığı mübahisəli evdə 20 ildən artıqdır yaşamırlar. Bu isə onların həmin evdən istifadə etməyə ehtiyacları olmadıqlarını, özlərinə başqa yaşayış yeri seçdiklərini göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşamadığı mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sahiblik etmək, həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 26 saylı evin 15 saylı mənzilindən istifadə hüququqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 26 saylı evin 15 saylı mənzilindən istifadə hüququqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar