Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1778/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ona məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia predmetinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ona məxsus ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, ünvan 4 mülkiyyət hüququ üzrə ona məxsusdu. Həmin mənzilin ümumi sahəsi 58 kv.m-dən ibarətdir. Cavabdehlər onun evinin keçmiş sakinləridir. O, həmin şəxsləri tanımadığını və həmin şəxslərin onun mülkiyyyət hüququnu pozduğunu bildirmişdir. O, cavabdehləri mənzilindən pasport qeydiyyatından çıxarmaq üçün Gəncə şəhər Baş polis İdarəsinə müraciət etmişdir, lakin ona imtina edilərək Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Cavabdehlərin onun evində formal qeydiyyatda olmaqları onun əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur və o, əlavə kommunal xidmətlərinə görə artıq pul ödəməli olur. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığına görə məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələbinə əsasən onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş, lakin məhkəmə iclasında onların iştirakının təmin edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı mülkiyyətindədir. - xx xxxx 2018-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 2 saylı ünvanı İddiaçı satmış və xx xxxxxx 2018-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - notarius tərəfindən təsdiqlənmiş razılıq ərizədən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına razılıq vermiş, həmçinin həmin mənzildən 1 ay ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Gəncə Şəhər Baş Polis İdarəsinin x xxxx 2020-ci il tarixli 120-11577C-3220 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X5, ev 63, m 9 ünvanında Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindir. İddiaçı tərəfindən ev alındıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamışlar, lakin formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatları qalmışdır. Cavabdehlər mənzilin alqı-satqısı ilə mübahisəli mənzilə olan hüquqları itmişdir, çünki istifadə hüququ olan şəxsin hüququndan imtina barədə ərizə verməsi onun istifadə hüququna xitam verilməsi üçün əsasdır. Cavabdeh2 notarial qaydada alqı-satqı müqaviləsində, Cavabdeh1 isə notarial qaydada ərizə verərək mənzilin satılmasına etiraz etməyərək qeydiyyatdan çıxacaqlarını bildirmişlər ki, bu da onların könüllü olaraq istifadə hüquqlarından imtina etdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1778/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1778/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver