Məhkəmə qərarları › İş №2(044)-1790/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1790/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1790/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Ərizəçi Seyı̇ dov Ağa Arı̇ f oğlunun maraqlı şəxs Gəncə şəhərı̇ Nı̇ zami rayon Qeydı̇ yyat şöbəsı̇ nə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Seyı̇ dov Ağa Arı̇ f oğlunun maraqlı şəxs Gəncə şəhərı̇ Nı̇ zami rayon Qeydı̇ yyat şöbəsı̇ nə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X12 atası X6 X7 oğlu olması, yəni qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X3 məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, atası X12 nənəsi X7 adına ünvan 1 ünvanda mülk vardır. Ancaq atasının atasının doğum qeydiyyatı aparılmadığı üçün və atasının atasının ölümü ilə bağlı qeydiyyat aparılmadığı üçün mülkü adına keçirə bilmir. Ona görə də məhkəmə qaydası ilə X1 X7 oğlu olması, yəni qohumluq münasibətində olma faktının və atasının atası X6 ölüm faktı məhkəmə qaydası ilə müəyyən edilməlidir. Məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhərı̇ Nı̇ zami rayon Qeydı̇ yyat şöbəsı̇ nə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Gəncə şəhərı̇ Nı̇ zami rayon Qeydı̇ yyat şöbəsı̇ məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusu Arifin oğludur. X2 nənəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi Seyı̇ dov Ağa Arı̇ f oğlu ilə dədə-baba qonşusudurlar. Seyı̇ dov Ağa Arı̇ f oğlu X7 nəvəsi, X15 isə X7 oğlu olmuşdur. 12 mart 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.02.1954-cü il tarixdə vəfat etmişdir. 26 avqust 2017-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 24.04.1995-ci il tarixdə vəfat etmişdir. 17 mart 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 birgə nikahlarından xx xxxxxx 1967-ci il tarixdə Seyı̇ dov Ağa Arı̇ f oğlu anadan olmuşdur. 01.11.1960-cı il tarixdə Kirovabad VAQ tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X5 nikahları 25 iyul 1960-cı il tarixdə bağlanmışdır. 09.07.1975-ci il tarixli Kirovabad şəhər Hərbi Komissarlığının arayışından görünür ki, Seyidov X9 1943-cü ildə itkin düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 17 mart 2021-ci il tarixli Notariat Hərəkətlərinin Aparılmasından İmtinaya dair qərarından görünür ki, Gəncə şəhəri Ozan küçəsi 127 saylı evə dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Seyı̇ dov Ağa Arı̇ f oğlunun X14 ilə qohumluq münasibətində olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Seyı̇ dov Ağa Arı̇ f oğlunun X14 ilə qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar