Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-180/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülərək yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülərək yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 5000 manat maddi, 5000 manat mənəvi ziyanın alınmasına və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına, həmçinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 saylı ünvanda yaşayır və həmin ünvan onun mülkiyyətindədir, təxminən 6-7 il bundan əvvəl onunla barı qonşu olan Cavabdeh onun yataq otağına bitişik olan sanitar qovşağı inşa etdirmiş və həmin sanitar qovşağı inşa etdirildikdən bir müddət sonra onun yataq otağı nəm çəkməyə başlamış, o, bununla bağlı, Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəydə, onun mənzilinin arxa divarına bitişik hamam və sanitar qovşaq tikilərək istifadə olunması, həmin hissədən divar aşağı hissədən nəm çəkməsi müəyyən edilmişdir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi bildirdi ki, AzDNT 2.6-1 görə, təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazımdır. Qeyd edilən təşkilat hamam və ayaqyolunun yerinin dəyişdirilməsini cavabdehdən tələb etmişdir. Bununla bağlı o, özü cavabdehdən dəfələrlə xahiş və tələb etmişsə də, heç bir əhəmiyyət verməmişdir. O, yataq otağını dəfələrlə təmir etdirmiş, lakin nəticə yenə də bərbad olmuş, heç bir ay keçməmiş, yenidən divar nəm çəkməyə başlamış və hazırda divar ovxalanır, yataq otağının havası bərbad vəziyyətə düşmüşdür. Həmçinin cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, həmin hissə başqa qonşunun texniki pasportunda əks olunubdur, əslində yoldur. Cavabdehlə onun həyətinin iki tərəfi qonşudur və o, cavabdehi məhkəməyə vermək istəmirdi ki, qonşuluq münasibətini daha da pisləşdirməsin. Lakin hazırda cavabdeh onun mülkiyyətimdə olan evin başqa divarından mətbəx tikdirir. O, mətbəx tikərkən onun divarından divar kimi istifadə edərək, özünə divar belə tikmir. Belə çıxır ki, o, evinin divarını söksə, o zaman cavabdehin mətbəxinə girmiş olacaqdır. İddiaçı məhkəmə iclasında iddia əriaəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia ərizəsində göstərilənlər tam əsassızdır. Ona məxsus yaşayış sahəsindən iddiaçıya məxsus yaşayış sahəsinə heç bir müdaxilə olunmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2013-cü il tarixli 1045 saylı məktubda, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yaşayan İddiaçı mənzilində yaranmış nəmliklə əlaqədar olaraq Mərkəzə etmiş olduğu şikayət əsasında araşdırma aparılarkən məlum olmuşdur ki, həqiqətən də şikayətçinin arxa divarına bitişik ona məxsus hamam və sanitar qovşaq tikilməsi və istifadə olunması müəyyən olunmuş, AzDNT 2.6-1 görə, təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazım olduğu bildirilmişdir. Odur ki, Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzi sizə məxsus hamam və ayaqyolunun yaşayış binasının arxa hissəsindən götürüb həyətin münasib yerinə köçürülməsi tələb edilmişdir. xx.xx.2005-ci il tarixli 21936 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 saylı ünvan İddiaçı adına qeyd edilmişdir. 02.102013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktubda Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, **********81-10301 reyestr nömrəli hüquqların Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli 21936 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 25726 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinə bitişik Cavabdeh məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı ünvanda inşa edilmiş sanitar qovşağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmiş, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinin yaşayış otağında qüsurların olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğunu nəzərə alaraq, həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan-dəyibdəyməməsini müəyyən etmək mümkün olmamış və tədqiq olunan iddiaçının yaşayış otağına nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq 90.0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəyindən görünür ki, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı ünvanda yerləşən mübahisəli otaq faktiki olaraq mətbəx kimi istifadə olsa da, həmin tikili texniki pasportda 6 nömrə ilə işarələnmiş yaşayış otağıdır. Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinin yaşayış otağında qüsurların olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğunu nəzərə alaraq, həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan-dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamış və Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı ünvanda yerləşən mətbəx tikilisinin (texniki pasportda 6 saylı tikili olan yaşayış otağı) tərəfdə yerləşən yaşayış otağına bitişik divarda hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin yaşayış otağının digər (mətbəx tikilisinə bitişik olmayan) divarda su sızma ləkələrinin olduğu müəyyən edilmiş və ilkin ekspertiza zamanı divarda dəymiş ziyanın miqdarı 90.0 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarının 3-cü bəndinə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının iddia tələbinin mənəvi ziyanla bağlı tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mənəvi ziyan tələbinə dair mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəyi ilə müəyyən olundu ki, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı ünvanda yerləşən mübahisəli otaq faktiki olaraq mətbəx kimi istifadə ounlsa da, həmin tikili texniki pasportda 6 nömrə ilə işarələnmiş yaşayış otağı kimi göstərilmişdir.Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yerləşən yaşayış evinin yaşayış otağında qüsurların olduğu müəyyən olunmuş, lakin iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğu nəzərə alınaraq, həmin sanitar qovşağın inşa edilməsi nəticəsində iddiaçıya ziyan dəyibdəyməməsini müəyyən etmək mümkün olmadığı müəyyən edilmiş, lakin yaşayış otağının digər (mətbəx tikilisinə bitişik olmayan) divarda su sızma ləkələrinin olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsinə dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 90 (doxsan) manat alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2020-ci il tarixli 25726 saylı rəy üzrə 100 (yüz) manat və xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəy üzrə 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 90 (doxsan) manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2020-ci il tarixli 25726 saylı rəy üzrə 100 (yüz) manat və xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəy üzrə 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-180/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-180/2020
25.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver