Məhkəmə qərarları › İş №2(044)-180/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-180/2022

11.01.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-180/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi və pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 16.11.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdhlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 53768.78 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla, Cavabdeh1 MMC arasında Gəncə- Xanlar yolunun sol tərəfində çox mərtəbəli yaşayış binalarının, birinci binanın 10-cu mərtəbəsində (yaşayış mərtəbəsində səkkizinci mərtəbədə) yerləşən və ümumi sahəsi 125 kv.m olan 3 otaqlı mənzilin tikilib ona təhvil verilməsinə razılığa gələrək müqavilə imzalamışlar və Cavabdeh2 həmin mənzili 2014-cü ilin 4-cü rübündə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan sonra o, Cavabdeh2 göstərişi əsasında onun rəhbərlik etdiyi "xxxx" ASC vasitəsi ilə 4500 manat Cavabdeh1 MMC-nin hesabına ödəmiş və müqavilədə nəzərdə tutulmuş öhdəlikləri o, tam və vaxtında yerinə yetirməsinə baxmayaraq cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişlər, sözügedən mənzili 5 ildən soxdur ona təhvil verməmişlər. Hazırda "xxxx" ASC ona qarşı Şəmkir Rayon Məhkəməsində əsas borc, faiz və dəbbə pulu tələbinə dair iddia qaldırmış və ondan 40717.11 manat əsas, 1254.26 manat faiz və 197.41 manat dəbbə pulu, cəmi 53768.78 manat məbləğində pul tələb edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izhat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 16.11.2012-ci il tarixli 21 saylı yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında müqaviləninsurətindən görünür ki, Cavabdeh1 MMC şirkəti ilə sakini İddiaçı arasında Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının sakinləri arasında müqavilə imzalanmışdır. 16.11.2021-ci il tarixli 21 saylı müqavilənin surətindən görünür ki, Gəncə şəhər İcra Hakimiyyətinin 47 saylı 31.05.2007-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MMC tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra birinci binanın onuncu mərtəbəsindəki (yaşayış mərtəbəsində səkkizinci mərtəbədə) 125 kv.m təşkil edən 3 otaqlı mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. 19.11.2012-ci il tarixli 40 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 180 ay müddətinə 45000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının İstisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı vergilər Baş İdarəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli məktubda, elektron-uçot məlumat bazasına əsasən Cavabdeh1 MMC 17.01.2007-ci il tarixdə 0307-G14-3432 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, cəmiyyət 23.02.2007-ci il tarixdə ********** saylı VÖEN-lə Vergi orqanında vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 53768.78 manat pulu cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadıqlarından, iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 16.11.2021-ci il tarixli 21 saylı müqavilə ləğv edilməli və cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 53768.78 (əlli üç min yeddi yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 16.11.2021-ci il tarixli 21 saylı müqavilə ləğv edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 53768.78 (əlli üç min yeddi yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar