Məhkəmə qərarları › İş №2(044)-1868/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1868/2021

25.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1868/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və vəkili X7, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, barəsində olan Cavabdeh 19.04.2021-ci il tarixli, 03 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin iddia ərizəsinə əlavə ilə müraciət edərək barəsində olan Cavabdeh 19.04.2021-ci il tarixli, 03 nömrəli və 02.02.2021-ci il tarixli, 01 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05.02.2011-ci il tarixdən Cavabdehndə mütəxəssis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə həmişə üzərinə düşən işin öhdəsindən layiqincə gəlmişdir. X13 həmin idarəyə müdir təyin edildikdən sonra ona qarşı qərəzli münasibət bəsləmişdir. O, Cavabdeh 19.04.2021-ci il tarixli, 03 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. O, aşağıda göstərdiyi əsaslara görə həmin əmrlə razı deyil. Belə ki, o, işlədiyi müddətdə həmişə üzərinə düşən işin öhdəsindən layiqincə gəlmiş və işlərində heç bir nöqsana yol verməmişdir. Hətta bəzən şənbə və bazar günləri də, iş saatından sonra da işləmiş və artıq iş saatlarına görə əmək haqqı almamışdır. Haqqında verilmiş əmrdən görünür ki, güya o, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində yenidən əmək funksiyasını pozmuşdur. Hesab edir ki, bütün bunlar onun işdən çıxarılması üçün qurulmuş plandır. Yəni əvvəlcə ona intizam tənbehi vermiş, daha sonra isə işdən çıxarılması üçün əmr verilmişdir. Əmək kitabçasında onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barədə qeyd aparılmışdır. Bu bənddən görünür ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan başqa, o, Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hərəkətlərdən heç birini etməmişdir. Eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Amma o, heç bir rəsmi əmr olmadan 2-3 ay istirahətsiz işləmiş, şənbə və bazar günləri işə getmiş və bundan ötrü əmək haqqı almamışdır. Həmçinin qeyd edir ki, barəsində intizam tənbehi verilməsinə dair əmr ona verilməmişdir. Onu da qeyd edir ki, işdən çıxarılarkən Həmkarlar İttifaqının razılığı olmamışdır. Özü haqqında onu da bildirir ki, ailəsi məcburi köçkündür, atası birinci Qarabağ müharibəsi iştirakçısıdır, özü Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş, Milli onkologiya Mərkəzində qeydiyyatdadır, ailəlidir, himayəsində iki övladı var. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi X5 və vəkili X11 məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində dəfələrlə nöqsana yol vermiş, bununla bağlı ona rəhbərlik tərəfindən şifahi xəbərdarlıqlar edilmiş, işdə yol verdiyi ciddi pozuntulara dair izahatları alınmış və müvafiq intizam tənbehinin verilməsinə dair əmrlər verilmişdir. İddiaçı işəgötürən tərəfindən iş günü hesab olunmayan günlərdə hər hansı bir işə cəlb olunmayıb, işçi öz iradəsinə əsasən icraatında olan işləri tamamlamaq üçün könüllü şəkildə iş otağına gəlib-getmiş, işəgötürən kimisə məcbur etməmişdir. İddiaçının ezamiyyə pullarını almamasına dair göstərdikləri ilə əlaqədar bildirir ki, Mərkəzin işi və işçilərin fəaliyyəti Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 11.12.2018-ci il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh Əsasnaməsinin 1.5-ci bəndinə əsasən Mərkəzin işi və işçilərin fəaliyyəti Gəncə bölgəsi üzrə (Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuz rayonları) həyata keçirilir. Yəni, bu, Cavabdeh yurisdiksiyasını əhatə edən rayonlardır və işçilərə bununla bağlı ezamiyyə xərcləri ödənilmir. Həmçinin qeyd edir ki, İddiaçı iş vaxtı yol verdiyi pozuntular onun özünün şəxsən yazdığı ərizələr, izahatlar, onun iştirakı ilə tərtib edilmiş və imzalanmış aktlarla tam təsdiq olunur. Onu da bildirir ki, Cavabdeh əməkdaşları heç bir həmkarlar ittifaqına üzv deyillər. Eyni zamanda qeyd edir ki, 19.04.2021-ci il tarixli, 03 nömrəli Cavabdeh “işdən azad olunma barədə” əmrində İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin “e” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (02.02.2021-ci il tarixli 01 nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi göstərilmişdir. Həmin əmrdə Əmək Məcəlləsinin “e” bəndində sadalanan hal qeyd edilsə də, əmr tərtib edilərkən “e” hərfi mexaniki olaraq səhv yazılmış, Əmək Məcəlləsinin “e” yox, “ə” bəndidir. Həmin hərfin mexaniki səhv olmasına dair məhkəmə araşdırması yekunlaşdıqdan sonra, həmin yanlışlığın düzəldilməsinə dair rəsmi sənəd materiallara əlavə ediləcək. Bütün qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdehndə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və 06.01.2011-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. 02.02.2021-ci il tarixli, 01 nömrəli Cavabdeh “İntizam tənbehinin verilməsi haqqında” əmrinin surətindən görünür ki, 29.01.2021-ci il tarixində təşkilatın mütəxəssisi İddiaçı ona əmək müqaviləsi ilə müəyyən edilmiş tapşırığı (turizm resursları haqqında məlumatları reyestrə dəqiq və vaxtında işləməsi) icra etmək üçün kifayət qədər vaxt verilməsinə və düzgün işləməsinə görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tələb olunan qaydada etməmiş, o cümlədən müəssisədaxili intizam qaydalarını pozaraq (mübahisə edərək) əmək şəraitinə mənfi təsir göstərmişdir. Bununla əlaqədar olaraq ona töhmət verilmişdir. İddiaçı 29.01.2021-ci il tarixli izahatından görünür ki, o, həmin pozuntuları törətdiyini etiraf etmişdir. 02.02.2021-ci il tarixli aktın surətindən görünür ki, 29.01.2021-ci il tarixdə İddiaçı, ona əmək müqaviləsi ilə müəyyən edilmiş tapşırığı (turizm resursları haqqında məlumatları reyestrə dəqiq və vaxtında işləməsi) icra etmək üçün kifayət qədər vaxt verilməsinə və düzgün işləməsinə görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tələb olunan qaydada etməməsi, o cümlədən müəssisədaxili intizam qaydalarını pozması hallarının müəyyən edilməsinə dair akt tərtib edilmiş və həmin aktı İddiaçı oxuyub tanış olmasını şəxsən öz imzası ilə təsdiq etmişdir. 19.04.2021-ci il tarixli, 03 nömrəli Cavabdeh “işdən azad olunma barədə” əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin “e” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (02.02.2021-ci il tarixli 01 nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı 02.04.2021-ci il tarixli izahatından görünür ki, o, həmin pozuntuları törətdiyini etiraf etmişdir. 02.04.2021-ci il tarixli aktın surətindən görünür ki, “koronavirus” (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili qaydalarının monitorinqi zamanı Cavabdeh mütəxəssisi İddiaçı 19.12.2020-ci il tarixdə Şəmkir rayonunda yerləşən “Meridian” oteldə aşkar edilmiş qüsurların protokollaşdırılması zamanı ciddi qüsurlara yol verməsi, tərtib edilmiş MN ******* saylı protokolu düzgün doldurmamasına görə cıraraq atması və bu haqda rəhbərliyi məlumatlandırmaması kimi pozuntulara yol verməsinə dair akt tərtib edilmiş və həmin aktı İddiaçı oxuyub tanış olmasını şəxsən öz imzası ilə təsdiq etmişdir. Cavabdeh İddiaçı ünvanlanmış 27.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən əmək kitabçasının təqdim edilməsi üçün Cavabdehnə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 11.12.2018-ci il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh Əsasnaməsinin 1.5-ci bəndindən görünür ki, X6 Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuz rayonları ərazisində həmin əsasnamə ilə müəyyən edilmiş fəaliyyəti həyaka keçirir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri həmin maddənin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri də həmin maddənin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır. Beləliklə də, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarının və yuxarıda göstərilmiş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən müəyyən edilmiş əsaslar məhkəmə araşdırması zamanı təsdiq olunduğundan, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması müəyyən edildiyindən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh 19.04.2021-ci il tarixli, 03 nömrəli və 02.02.2021-ci il tarixli, 01 nömrəli əmrlərinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar