Məhkəmə qərarları › İş №2(044)-1870/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1870/2020

21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1870/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, ərizəçi və digər ərizəçilər Ərizəçi2 və Ərizəçi1 etibarnəmə üzrə nümayəndəsi Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi » tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X2 onların atası olması faktının müəyyən olunmasına, doğum haqqında şəhadətnamələrində ata qrafasında X3, ana qrafasında X5 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 ərizələrini onunla əsaslandırmışdırlar ki, X1 xx.xx.1926-cı il tarixdə Gəncə şəhərində andan olmuşdur. X1 anaları X6 ilə el adəti ilə ailə həyatı qurmuşdur. Faktiki nikahlarından Ərizəçi4, Ərizəçi3, Ərizəçi1, Məmmədova (Əliyeva) Ulduz İsmayıl qızı anadan olmuşlar. Ataları və anaları arasında rəsmi nikah olmadığından onların soyadları analarının soyadı, yəni Əliyeva kimi doğum haqqında şəhadətnamələrdə qeyd edilmişdir. Onların bütün sənədlərində ata adı olaraq İsmayıl qeyd edilmişdir. Lakin doğum haqqında şəhadətnamələrində ana qrafasında X6 qeyd edilmiş, ata qrafası isə ataları ilə analarının rəsmi nikahları olmadığından boş saxlanılmışdır. Bununla əlaqədar olaraq onlar X16 rayon Qediyyat Şöbəsinə müraciət etmişdirlər. Maraqlı şəxsndən onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materillarında olan Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların şəxsiyyət vəsiqələrində ata adı “İsmayıl” göstərilmişdir. İş materillarında olan Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, onların şəhadətnamələrində ana qrafasında X6 qeyd edilmiş, lakin həmin şəhadətnamələrdə ata qrafası boş saxlanılmışdır. İş materillarında olan Maraqlı şəxs xx xxxxxx 2019-cu il tarixli arayışının surətindən görünür ki, X3 xx xxxx 1926-cı il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1943-cü il tarixli 231 akt qeydi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçilər Ərizəçi2 və Ərizəçi1 etibarnəmə üzrə nümayəndəsi Ərizəçi4 ərizəni müdafiə edərək bildirdi ki, X1 xx.xx.1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1 anaları X6 ilə el adəti ilə ailə həyatı qurmuşdur. Atası ilə anasının faktiki nikahlarından Ərizəçi4, Ərizəçi3, Ərizəçi1, Məmmədova (Əliyeva) Ulduz İsmayıl qızı anadan olmuşlar. Ataları və anaları arasında rəsmi nikah olmadığından onların soyadları analarının soyadı, yəni Əliyeva kimi doğum haqqında şəhadətnamələrdə qeyd edilmişdir. Onların bütün sənədlərində ata adı olaraq İsmayıl qeyd edilmişdir. Lakin doğum haqqında şəhadətnamələrində ana qrafasında X6 qeyd edilmiş, ata qrafası isə ataları ilə analarının rəsmi nikahları olmadığından boş saxlanılmışdır. Odur ki, xx xxxx 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X2 onların atası olması faktının müəyyən olunmasına, doğum haqqında şəhadətnamələrində ata qrafasında X3, ana qrafasında X6 yazılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ərizəçinin dediklərini təsdiq edərək X2 onun anasının əmisi oğlu olduğunu və xx xxxxxx 2006-cı il tarixdə vəfat etdiyini bildirmiş, X2 Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 atası olduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ərizəçinin dediklərini təsdiq edərək, X2 onun dayısı olduğunu, dayısı İsmayıl Şahverdiyevin xx xxxxxx 2006-cı il tarixdə vəfat etdiyini və ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 onun dayısı X2 uşaqları olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ərizəçinin dediklərini təsdiq edərək, X2 babasının qardaşı olduğunu və xx xxxxxx 2006-cı il tarixdə vəfat etdiyini bildirmiş, X2 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 atası olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin və digər ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə tədqiq edilmiş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X2Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ataları olmağı faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ataları olması faktı müəyyən edilsin. Onlara yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X3” yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X16 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apel-lyas-iya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar