Məhkəmə qərarları › İş №2(044)-1893/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1893/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1893/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçıQSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıQSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə ş, Nizami r, Yeni- Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(045)-178/2017 sayl qəatnaməsinə əsasən cavabdehlər X1, “KARVANSARAY- TURAY” məhdud məsuliyyətli cəmiyyətindən, X2 və X3 müştərək qaydada cəmi 1537735.23 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi. 40A saylı evin, 24 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-656/2018 saylı qətnaməsi ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(045)-178/2017 saylı qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1 və Cavabdeh2 Gəncə ş, Nizami r, Yeni- Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı mənzildə bu günə kimi qeydiyyatdadırlar, bununlada cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə ş, Nizami r, Yeni- Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı mənzili İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 656/2018 saylı qətnaməsinin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(045)-178/2017 saylı qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmiş, cavabdehlər X4, X5, X6 və “Karvansaray-Turay” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada iddiaçı “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulacaq xx.xx.2011-ci il tarixli, 06R000007107 saylı kredit razılaşması üzrə 98691.15 10000 (on min) ABS dolları ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılmış, xx.xx.2011-ci il tarixli, 06R000007109 saylı kredit razılaşması üzrə 95209,41 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 10000 (on min) ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli, 06R000007509 saylı kredit razılaşması üzrə 74850,86 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 8000 (səkkiz min) ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli, 06R000008426 saylı kredit razılaşması üzrə 35063,49 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 4000 (dörd min) ABŞ dolları məbləğində, xx.xx.2013-cü il tarixli, 06R000013357 saylı kredit razılaşması üzrə 114734,13 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 12000 (on iki min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli, 06R000016867 saylı kredit razılaşması üzrə 101495,16 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 11000 (on bir min) ABŞ dolları məbləğində, xx.xx.2014-ci il tarixli, 006R ********** saylı kredit razılaşması üzrə 55889,49 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 5000 (beş min) ABŞ dolları məbləğində müəyyən edilmiş, digər mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndə vasitəsilə məhkəmədə iştirak etməməsini üzürlü hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi Gəncə ş, Nizami r, Yeni- Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı ünvanı İddiaçıQSC-nin xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə ş, Nizami r, Yeni- Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı ünvanda yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar