Məhkəmə qərarları › İş №2(044)-1895/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1895/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1895/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıQSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 saylı fərdi yaşayış evinin istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-916/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X1, İbrahimova Ìlhamə Səyavuş qızı və İbrahimov Rahib Şəmil oğlundan müştərək qaydada 943091.52 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 960/2018 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)916/2017 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(102)-8589/18 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-960/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 nömrəli fərdı yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2 Rahim oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 saylıevdə bu günə kimi qeydiyyatdadırlar, bununlada cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 saylı ev İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-916/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı QSC ilə tərəflər arasında xx.xx.2014-cü il tarixli 006L**********97 saylı uzunmüddətli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 006R********** saylı kredit razılaşmasına əsasən 33208.52 ABŞ dolları məbləğində kredit borcu, 5856.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 411340.12 ABŞ dolları məbləğində kredit borcu, 74721 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 181617.36 ABŞ dolları məbləğində kredit borcu, 32536.2 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 23029.91 ABŞ dolları məbləğində kredit borcu, 4125.74 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006K**********41 saylı kredit razılaşması üzrə 148203 ABŞ dolları məbləğində kredit borcu, 26752.80 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə hər beş kredit razılaşması üzrə cəmi 943,091.52 (doqquz yüz qırx üç min doxsan bir dollar əlli iki sent) ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının müştərək qaydada tərəflərdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi qiymətləndirici tərəfindən 415.000 manat məbləğində qiymətləndirilmiş Samux rayonu Nəbiağalı qəsəbəsi 0.40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (“Qoşqar” un fabrikinə), qiymətləndirici tərəfindən 163.200 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsi, 0.046 ha torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə, qiymətləndirici tərəfindən 170.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, mənzil 178-ə yönəldilməsi, həmin əmlakların açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 2 ümumilikdə 943,091.52 (doqquz yüz qırx üç min doxsan bir dollar əlli iki sent) ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, qalan vəsaitin isə mülkiyyətçilərə qaytarılması, Samux şəhəri 0.40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (“Qoşqar” un fabriki) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsi 7 nömrəli fərdi yaşayış evinə və 0.046 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzildə yaşayan şəxslərin yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, mənzil 178-ə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İbrahimov Rahib Şəmil oğlunun yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda onun məcburi qaydada çıxarılmaları və əmlakların hərracın nəticəsi üzrə alıcılara verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Ş.Q.Rzaquluyev (sərdlik edən və məruzəçi), F.Ə.Mehtiyev, N.N.Quliyev) MK-nın 2(104)-960/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli,2(044)916/2017 saylı qətnaməsi qismən – İddiaçı QSC ilə X4 arasında xx.xx.2014-cü il tarixli 006L**********97 saylı uzunmüddətli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 006R********** saylı kredit razılaşmasına əsasən 33208.52 ABŞ dolları məbləğində kredit borcu, 5856.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 411340.12 ABŞ dolları məbləğində kredit borcu, 74721 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 181617.36 ABŞ dolları məbləğində kredit borcu, 32536.2 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 23029.91 ABŞ dolları məbləğində kredit borcu, 4125.74 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006K**********41 saylı kredit razılaşması üzrə 148203 ABŞ dolları məbləğində kredit borcu, 26752.80 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə hər beş kredit razılaşması üzrə cəmi 943,091.52 (doqquz yüz qırx üç min doxsan bir dollar əlli iki sent) ABŞ dolları məbləğində borcun müştərək qaydada tərəflərdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, İddiaçı QSC ilə X4 arasında xx.xx.2014-cü il tarixli 006L**********97 saylı uzunmüddətli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 006R********** saylı kredit razılaşmasına əsasən 33208.52 ABŞ dolları məbləğində kredit borcu, 5834,20 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 411340.12 ABŞ dolları məbləğində kredit borcu, 74721 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 181617.36 ABŞ dolları məbləğində kredit borcu, 32536.2 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 23029.91 ABŞ dolları məbləğində kredit borcu, 4125.74 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 006K**********41 saylı kredit razılaşması üzrə 148203 ABŞ dolları məbləğində kredit borcu, 26752.80 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə beş kredit razılaşması üzrə cəmi 943,068.85 (doqquz yüz qırx üç min altmış səkkiz dollar səksən beş sent) ABŞ dolları məbləğində kredit borcu müştərək qaydada onlardan alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, qətnamə qalan - “cavabdehlər Səfərov Raqif, Cavabdeh3,İbrahimov Rahib müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının müştərək qaydada onlardan alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi qiymətləndirici tərəfindən 415.000 manat məbləğində qiymətləndirilmiş Samux rayonu Nəbiağalı qəsəbəsi 0.40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (“Qoşqar” un fabrikinə), qiymətləndirici tərəfindən 163.200 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsi, 0.046 ha torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə, qiymətləndirici tərəfindən 170.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, mənzil 178-ə yönəldilməsi, həmin əmlakların açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 943,091.52 (doqquz yüz qırx üç min doxsan bir dollar əlli iki sent) ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının alınaraq İddiaçı QSC -nin xeyrinə ödənilməsi, qalan vəsaitin isə mülkiyyətçilərə qaytarılması, Samux şəhəri 0.40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (“Qoşqar” un fabriki) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması, Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsi 7 nömrəli fərdi yaşayış evinə 0.046 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İbrahimov Rahib Şəmil oğlu, X3 və Cavabdeh5 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, mənzil 178-ə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları və əmlakların hərracın nəticəsi üzrə alıcılara verilməsi hissəsində və iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 200(iki yüz) manat cavabdehlər Səfərov Raqif, Cavabdeh3 və İbrahimov Rahibdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzi Dövlət X2 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına keçiriliməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-8589/2018 saylı qərarının surətindən görünür ki, cavabdeh İbrahimov Rahib Şəmil oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(104)-960/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndə vasitəsilə məhkəmədə iştirak etməməsini üzürlü hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 saylıünvanı İddiaçıQSC-nin xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rahim oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 7 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar