Məhkəmə qərarları › İş №2(044)-1899/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1899/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1899/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X11nun, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh və X4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlni, X6 isə nəvəsidir. Cavabdeh oğlu X7 ilə 12.10.200-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından 20.09.2001-ci il təvəllüdlü X8 və 24.03.2004-cü il təvəllüdlü X6 övladları dünyaya gəlmişdir. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatındadır lakin yaşamırlar. 20.09.2001-ci il təvəllüdlü X8 uzun müddət çəkən xəstəlikdən dünyasını dəyişmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24.11.2006cı il tarixli, 2(044)-1100/2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh iki azyaşlı övladı ilə birgə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Qətnamənin icraya yönəldilməsindən 16 il keçməsinə baxmayaraq cavabdehlər sözügedən evdə yaşamamış və evdən istifadə etməmişlər. Cavabdeh rəsmi nikahla ailə qurmuşdur. Cavabdehlərin formal olaraq onun evində qeydiyyatda qalması onun mülkiyyət üzərində hüququnun məhdudlaşdırılmasına səbəb olur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: DƏDRX-nin verdiyi çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeydə alınmışdır; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24.11.2006-cı il tarixli, 2(044)-1100/2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 iddiası təmin edilmiş, iki azyaşlı uşağı ilə birlikdə İddiaçı adına olub ünvan 3 ünvanda yerləşən evə köçürülməklə orda ona yaşamaq hüququ verilməsi qət edilmişdir; Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin verdiyi 05.05.2021-ci il tarixli çıxarışdan görünür ki, X9 ilə Cavabdeh 09.06.2019-cu il tarixdə nikah bağlanmışdır; Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi 16.05.2021-ci il tarixli, 1530 saylı arayışından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında Cavabdeh və X6 həmin ünvanda qeydiyyatdadırlar lakin yaşamırlar. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh yeni ailə həyatı qurmuş, onun iddiaçının mülkiyyətində olan evə köçürülməsi qət edilsə də Sevinc 16 ildir ki, həmin evdə yaşamır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin olunmamasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, əvvəllər evin mülkiyyətçisi tərəfindən Sevincə 20.000 manat pul kompensasiyası verilməsi ilə bağlı razılıq əldə edilsə də, iddiaçı tərəf sonradan kompensasiyanın verilməsindən imtina etmişdir. O Gəncə şəhərində Qeydiyyat Şöbəsinin müdiri vəzifəsində çalışır. Onun bir uşağı vəfat etmiş, digər uşağı isə onun himayəsindədir. O özü üçün həmin evdən istifadə hüququ istəməsə də, yanında qalan uşağı üçün istifadə hüququnun verilməsi uşağın gələcəyi baxımından daha önəmlidir. Əgər məhkəmə tərəfindən iş təxirə salınarsa Sevinc həmin evdən istifadə hüququndan imtina edə də bilər. Bir şərtlə ki, onun uşağına həmin evdən istifadə hüququ verilsin HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki iş üzrə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmaqla onun mübahisəli mənzil üzərində mülkiyyət hüququ olduğundan o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırıllması zamanı müəyyən edilmişdir ki, cavabdeh Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24.11.2006-cı il tarixli, 2(044)-1100/2006-cı il tarixli qətnaməsi əsasında cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan evə köçürülməklə onun həmin həmin evdən istifadə hüququ tanınmışdır. O, 2021-ci ilin mart ayının 13-də mübahisəli evə köçürülmüş və icra məmurunun iştirakı ilə akt tərtib edilmiş, köçürüldükdən sonra cavabdeh özünə məxsus əşyaları həmin evdə onun üçün ayrılmış otaqda saxlamışdır. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus evə köçürülərkən və onun həmin evdən istifadə hüququ yaranarkən məhkəmə qətnaməsi ilə onun Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş hüquqları bərpa edilmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.Yəni, mahiyyət etibarilə servitutdur. Bu hüquqi mövqedən çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi 2006-cı ildə cavabdeh yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğundan ona həmin hüquq verilmişdir. Buna baxmayaraq o həmin evdə uzun illərdi yaşamayaraq həmin hüquqlarını həyata keçirməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi onun həmin yaşayış sahəsindən istifadə üçün artıq hər hansı hüquqi marağı da qalmamış, onun marağı yanındakı uşağı üçün istifadə hüququnun saxlanılmasından ibarətdir. Bundan başqa da cavabdeh başqa şəxslə ailə həyatı qurmuş və onun yaşayış sahəsinə olan ehtiyacı həmin şəşxs tərəfindən aradan qaldırılmışdır. Cavabdeh hazırda həmin evdən istifadə hüququna ehtiyacının olmasına dair sübutlarını da məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarda sərgilədiyi hüquqi mövqeyi baxımından onu qeyd edir ki, bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.İş materiallarında olan aktdan da göründüyü kimi cavabdeh həmin evdə özünə lazım olan zəruri əşyaları götürmüşdür. Əgər onun həmin evdən istifadə hüququna olan ehtiyac aradan qaldırılmasaydı o özünə aid olan zəruri əşyaları da götürməzdi. Bu da onu göstərir ki, cavabdehin əvvəldən həmin yaşayış sahəsindən servitut kimi istifadə etmək niyyəti olmamışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar.Beləliklə mülkiyyətçi İddiaçı Cavabdeh bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən edilmədiyindən və cavabdehin həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qaldırıldığından onun bu hüququna kompensasiya verilmədən xitam verilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin Cavabdeh uşağının X6 üçün həmin evdən istifadə hüququnun saxlanılmasına dair izahatı ilə bağlı onu qeyd edir ki, uşaqların yaşayış yeri, onların valideynlərinin yaşayış yeri hesab edilir. MM-in 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verildiyindən və X6 anasının himayəsində saxlanıldığından və uşaqlar da həmin evdən istifadə etmək hüququna malik olduqlarından X4 da istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının sahibliyində və istifadəsində olan yaşayış evində qeydiyyatdadır. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə qeydiyyatda qalması iddiaçının ona məxsus olan yaşayış evi üzərində sahiblik və istifadə hüququnun, eyni zamanda mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh və X4 İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsi, 71 nömrəli evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət veriməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar