Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1932/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər Maraqlı şəxs3 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər “Azəriqaz” İB-nə, "xxxx" ASC-nə və “Gəncə Sukanal” TSC-yə qarşı «qaz, elektrik və su xətlərindən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər “Azəriqaz” İB-nə, "xxxx" ASC-nə və “Gəncə Sukanal” TSC-yə qarşı «qaz, elektrik və su xətlərindən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında quraşdırılmış qaz, elektrik və su xətlərindən istifadə hüquqlarınının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi keçmiş qayınanası Cavabdeh adınadır. O, 1997-ci ildı ailə quran zaman mübahisəli evə gəlin kimi köçmüşdür. Onun uşaqları da həmin evdə dünyaya göz açmışdır. Cavabdehin oğlu Emin Quliyev ilə nikahları Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.07.2015-ci il tarixli 2(044)-2442/2015 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra da uşaqları ilə birlikdə mübahisəli evdə yaşamağa davam etmişdir. Hal-hazırda da orada yaşayır. Cavabdeh ona qarşı “mənzildən çıxarılma və özünün mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə - yəni mənzildən çıxarılma ilə bağlı hissədə onun mənzildən yaşayış hüququ olması səbəbi ilə təmin edilməmişdir. Lakin buna baxçayaraq cavabdeh evin qaz və işıq sayğaclarının kartların götürüb özündə saxlayır və ona vermir ki, qazdan və işıqdan istifadə etsin. Cavabdeh bu hərəkəti ilə onun yaşayış hüququ olan evdən istifadə hüququnu məhdudlaşdırır. Cavabdeh mübahisəli evdə yaşamır və buna baxmayaraq işıq və qaz sayğaclarını özü ilə aparıb ona vermir ki, işıq və qazdanm istifadə etsin. Həm də ona ayrıca qaz və işıq sayğacı qoyulmur ki, öz işlətdiyi qazın və işığın pulunu ödəsin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mənzilə suyun gəlişi maneəsizdir. Sadəcə olaraq cavabdeh işıq və qaz sayğaclarının kartını özü ilə apardığı üçün istifadə edə bilmir. Özü isə mülkiyyətçi olmadığı üçün mənzilə əlavə qaz və işıq sayğacı çəkdirə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər “Gəncə Sukanal” TSC-nin nümayəndəsi X6, “Azəriqaz” İB-nin nümayəndəsi X5 və "xxxx" ASC-nin nümayəndəsi X4 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(044)-1398/2020-ci tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ünvan 2 ünvanda yerləşən aşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və mənzil qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə göstərir ki, maddi nemətlərin (əşyaların) məxsusluğu barədə əmlak münasibətləri hüquqi cəhətdən əşya hüquq münasibətləri kimi rəsmiləşdirilir. Bu münasibətlər isə mülkiyyət münasibətlərinə və məhdud əşya münasibətlərinə bölünür. Hazırda mübahisə üzrə iddiaçı məhdud əşya hüququ üzrə münasibətlərdən irəli gələn hüquqlarından faydalanmağa çalışır. Çünki onun mübahisəli mənzildən yaşamaqla istifadə etməsi artıq məhdud əşya hüqunun iddiaçıda mövcud olması deməkdir. Mülki Məcəllənin 158.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 158.4-cü maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə göstərir ki, iddiaçı mübahisəli mənzildə 1997-ci ildən bu yana maneəsiz və fasiləsiz yaşamaqla istifadə hüququna malikdir. Bununla yanaşı o həmin mənzilin kommunal xidmətlərində də istifadə hüququ sahibdir. Məhkəmənin bu yanaşması Mənzil Məcəlləsinin müddəalarından qaynaqlanır. Belə ki, Mənzil Məcəlləsinin 4.0.4-cü maddəsində təsbit edilmişdir ki, Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göründüyü kimi iddiaçının yaşadığı mənzildən istifadəsi ilə yanaşı kommunal xidmətlərdən də istifadəsinin qanuna zidd olaraq məhdudlaşdırılması yolverilməzdir. Lakin hazırda iddiaçının tələbi «qaz, elektrik və su xətlərindən istifadə hüququnun tanınması» tələbidir ki, artıq onun mübahisəli mənzildən qətnamə əsasında istifadə hüququ müəyyən edildiyindən məhz həmin mənzil üzrə kommunal xidmətlərdən də istifadəsi yaranmışdır. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi əsassız olar. Digər tərəfdən məhkəmə göstərir ki, İddiaçı mübahisəli mənzil üzrə qətnamə əsasında məhdud əşya hüququna sahib olduğundan özü ayrıca kommunal xətlər çəkilməsi üçün müraciət edə bilər, habelə Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mənzil və mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər “Azəriqaz” İB-nə, "xxxx" ASC-nə və “Gəncə Sukanal” TSC-yə qarşı «qaz, elektrik və su xətlərindən istifadə hüququnun tanınmasına» dair iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1932/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1932/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver