Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-194/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun torpaq sahəsindən çıxarılması və onun tərəfindən ona aid torpaq sahəsində inşa edilən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda olan 0.66 ha torpaq sahəsi var və həmin torpaq sahəsinə dair ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Ona məxsus həmin torpaq sahəsi ilə sərhəd cavabdehə məxsus torpaq sahəsi vardır. Cavabdeh qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt edərək həmin ərazidə tikililər aparır. O, cavabdehdən tikinti işlərinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını tələb etsə də, Cavabdeh bundan imtina etmişlər. İddiaçının nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 09.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan İddiaçınə məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərkəzi Ekspertizası Mərkəzinin 01.03.2022-ci il tarixli 10/6558 saylı rəyindən görünür ki, torpaq sahələrinin inzibati ərazisini və yerləşdiyi konturlarının müəyyən edilməsi tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamış, ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahəsinin daxilində qazıntı işlərinin aparıldığı və daxilində çay daşının töküldüyü müəyyən edilmişdir. Lakin tədqiq olunan torpaq sahəsinin daxilində hər hansı bir tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 01.03.2022-ci il tarixli 10/6558 saylı rəyi ilə və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 2 ünvan İddiaçı məxsusdur və onun adına 09.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahəsinin daxilində qazıntı işlərinin aparılmış və daxilində çay daşları tökülmüşdür. İddiaçı qanuni əsaslarla özünə məxsus torpaq sahəsindən cavabdehin çıxmasını tələb etdikdə, cavabdeh torpaq sahəsindən çıxmamış, faktiki olaraq oranı zəbt etməklə iddiaçının hüquqlarını pozaraq torpaq sahəsini tərk etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-194/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-194/2022
10.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver