Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2006/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “miras mülkün qəbul edilməsi faktının və vərəsəlik hüququnun tanınması, cavabdehlərin miras əmlak hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “miras mülkün qəbul edilməsi faktının və vərəsəlik hüququnun tanınması, cavabdehlərin miras əmlak hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 qanun üzrə vərəsəsi tanınmaqla, onun mərhum babasından miras qalmış ünvan 1 ünvanda yerləşən miras mülkün üzərində qanun üzrə vərəsə kimi hüququnun tanınması, cavabdehlərin mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükləri üçün miras paya olan hüquqlarının itirilməsi və miras üzərində qanun üzrə vərəsə kimi onun hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk onun X3nun adınadır. X3 28.06.1975-cidə vəfat etmiş və onun vəfatından sonra mira əmlakı onun atası X16 qəbul edərək idarə etmişdir. Babasının vəfatından sonra cavabdeh olan əmisi Cavabdeh1 mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş 06 (altı) ay müddəti ötürmüşdür. Göründüyü kimi cavabdeh olan X18 nə rəsmi qaydada, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Digər cavabdeh olan qardaşı Cavabdeh2 atası X16 06.05.2017-ci il tarixdə vəfat etdikdən sonra mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. O, qanunla mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 aylıq müddəti üzürsüz səbəbdən ötürdüyündən, o da miras əmlakda olan hüququ itirilmiş hesab edilməlidir. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 10.08.2021-ci tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Colta Olqa iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 25.07.1975-ci il tarixdə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 28.06.1975-cidə vəfat etmişdir. 07.11.2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08.11.2003-cü il tarixdə vəfat etmişdir. 08.05.2017-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 06.05.2017-ci il tarixdə vəfat etmişdir. 02.11.1943-cü il tarixdə X30 Komissariatı tərəfindən verilmiş 286 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X15 ilə X5 nikahları 02 noyabr 1943-cü il tarixdə 286 saylı akt qeydi ilə bağlanmışdır. 06.08.1956-cı il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X15 ilə X6 birgə nikahlarından 06 iyul 1956-cı ildə Cavabdeh2 Nəsib oğlu anadan olmuşdur. 01.04.1982-ci il tarixdə Kirovabad şəhər Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 birgə nikahlarından xx xxxx 1982-ci il tarixdə İddiaçı Namiq qızı anadan olmuşdur. 11.02.2021-ci il tarixdə 21 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Namiq qızı həqiqətən Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 9 saylı evdə yaşayır. Babası mərhum X15 24 iyul 1975-ci ildə, nənəsi X14 vəfat etmişdir. X1 İddiaçı başqa heç bir vərəsəsi yoxdur. 20.08.2021-ci il tarixdə 21 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, X15 1975-ci ildə vəfat etdikdən sonra Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 9 saylı evdə X9 oğlu X16 və onun ailə üzvləri yaşamışdır. 09.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 9 saylı ev Mahmudov Nəsib Qədir oğlunun adına qeyd edilmişdir. 22.04.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-857 saylı arayışdan görünür ki, 1903-cü ildə Gəncə şəhərində anadan olmuş və 24.07.1975-ci il tarixdə vəfat etmiş X15 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 22.04.2021-ci ilədək yoxlama aparılmış və arvad X13 1918-ci il (vəfat edib), uşaq Mahmudova (Rzayeva) Nəzakət Nəsib qızı - 20.02.1952-ci il (vəfat edib), uşaq X18 23.05.1954-cü il, uşaq X17 06.07.1956-cı il (vəfat edib) məlumatları aşkar edilmişdir. 22.04.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-856 saylı arayışdan görünür ki, X16 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 22.04.2021-ci ilədək yoxlama aparılmış və ata X15 1903 (vəfat edib), ana-X13 1918-ci il (vəfat edib), arvad-X10 01.03.1955-ci il, uşaq –İddiaçı xx.xx.1982-ci il, uşaq Cavabdeh2 -22.05.1983-cü il məlumatları aşkar edilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 24.08.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymərtləndirilməsinə aid”pasport X11 adına işlənmişdir. Həmçinin həmin yaşayış evinin yerləşdiyi 245 kv.m torpaq sahəsinə dair X9 adına 10.05.1956-cı il tarixdə “Torpaq qeydi” sənədi tərtib edilmişdir. Gəncə şəhər İcra hakimiyyəti başçısının aparatının mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə 11.08.2020-ci il tarixli, M-170-091 nömrəli razılıq məktubu və "xxxx" MMC-nin razılaşdırılmış eskiz layihəsinə əsasən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair X9 adına 09.09.2020-ci il tarixli, **********2- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilmişdir. 26.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 3001-saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yaşamır. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən mülk X7 miras qalmışdır. X15 28.06.1975-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra miras mülkü İddiaçı istifadə və idarə etmişdir. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. İddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı 06.05.2017-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsi tanınmalı, 28.06.1975-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanda yerləşən miras mülkə iddiaçının vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı 28.06.1975-ci il tarixdə vəfat etmiş X9 qanun üzrə vərəsəsi tanınsın. 28.06.1975-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka İddiaçı vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2006/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2006/2021
26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver