Məhkəmə qərarları › İş №2(044)-2018/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2018/2021

24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2018/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi-Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun 28.02.1989-cu il tarixdən 28.12.2000-ci il tarixinədək Gəncə şəhər rayonlararası Lift Təsərrüfat İdarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1963-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ərizəçi 28 fevral 1989-cu il tarixindən 28 dekabr 2000-ci il tarixinədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində (Hazırda Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Lift şöbəsi fəaliyyət göstərir) kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Lakin Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsinin arxiv sənədlərinin X10 filialına təhvil verilməməsi səbəbindən zəruri olan arxiv sənədlərini əldə edə bilmir. Buna baxmayaraq, o dövrdə Ərizəçi ilə birlikdə həmin idarədə işləmiş şahidlər bu faktı təsdiq edə bilərlər. Bu səbəbdən də qeyd edilən faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşə baxılarkən aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən verilmiş məktubdan müəyyən edilir ki, vətəndaş Ərizəçi iş stajını Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsinin fəaliyyəti olmadığından və sənədlər X10 filialına təhvil vermədiyindən yoxlanması mümkün olmamışdır; Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Gəncə filialı tərəfindən verilmiş 01 iyul 2019-cu il tarixli 151/3 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi 28 fevral 1989-cu il tarixindən 28 dekabr 2000-ci il tarixinədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində işləməsi və əmək haqqı barədə sorğunun müsbət cavablandırıla bilinməməsi qeyd edilmişdir; AR Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli, M-549 saylı məktubndan müəyyən olunur ki, Ərizəçi 28 fevral 1989-cu il tarixindən 28 dekabr 2000-ci il tarixinədək birlikdə işləməmiş və lift idarəsi həmin vaxtlarda müstəqil olmuşdur; Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 27.08.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ərizəçinin Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində işləməsi və əmək haqqı barədə məlumat əldə etmək üçün Gəncə şəhər İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən MKTİB-yə müraciət etməsi tövsiyyə edilmişdir; X6 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X9 1990-cı ildən 1994-cü ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində işləmişdir; X5 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X8 1989-cu ildən 1996-cı ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində işləmişdir; X2 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X4 1995-ci ildən 1999-cu ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində mühasib vəzifəsində işləmişdir; İş materiallarında olan ərizəçiyə məxsus əmək kitabçasının təsdiqlənməmiş surətindən görünür ki, ərizəçi 28 fevral 1989-cu ildən 28 dekabr 2000-ci ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X7 ərizəni müdafiə edərək eynilə ərizədə qeyd olunanlara uyğun izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə,əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərinin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi 28 fevral 1989-cu il tarixindən 28 dekabr 2000-ci il tarixinədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində (Hazırda Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Lift şöbəsi fəaliyyət göstərir) kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Lakin Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsinin arxiv sənədlərinin X10 filialına təhvil verilməməsi səbəbindən zəruri olan arxiv sənədlərini əldə edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o 1990-cı ildən 1994-cü ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində işləmişdir. O işlədiyi müddətdə Ərizəçi da onların idarəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o 1989-cu ildən 1996-cı ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində işləmişdir. O işlədiyi müddətdə Ərizəçi da onların idarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o 1995-ci ildən 1999-cu ilədək Gəncə şəhər Rayonlararası Lift Təsərrüfatı idarəsində mühasib vəzifəsində işləmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla və işdə iştirak edən şəxsin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi 28.02.1989-cu il tarixdən 28.12.2000-ci il tarixinədək Gəncə şəhər rayonlararası Lift Təsərrüfat İdarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləməsi faktının müəyyən olunması hüquqi əhəmiyyətli olduğundan ərizə təmin olunmalı və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 28.02.1989-cu il tarixdən 28.12.2000-ci il tarixinədək Gəncə şəhər rayonlararası Lift Təsərrüfat İdarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləməsi hüquqi əhəmiyyətli faktı kimi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar