Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2019/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X2, Digər iddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında (hər birinə 1/6 hissə olmaqla) iddiaçılara məxsusdur. İddiaçıların mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 İddiaçı1 oğlu, digər iddiaçıların isə qardaşıdır. Digər cavabdehlər isə Cavabdeh1 ailə üzvləridir. Cavabdeh1 bir neçə ildir ki, öz ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. İddiaçıların hazırda onlarla heç bir əlaqəsi yoxdur. Hətta cavabdehlər Azərbaycana qısa müddətə gələndə də onlarla əlaqə saxlamırlar və özlərinə məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən evlərində qalırlar. Hazırda cavabdehlərin Rusiyada olduğu yer onlara məlum deyil. Lakin bugünə kimi iddiaçılara məxsus olan evdə pasport qeydiyyatındadır. Bu isə əlavə kommunal xərclər yaradır. Cavabdehlərin bugünə kimi iddiaçılara məxsus olan evdə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclər yaratmaqla yanaşı, həm də mülkiyyətləri üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iştirak etdikləri məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişlər, həmçinin göstərmişlər ki, onların cavabdehlərlə aralarında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma yoxdur və cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiya verməkdən imtina edirlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarımasını xahiş etmiş, həmçinin göstərmişdir ki, iddiaçıların cavabdehlərlə aralarında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma yoxdur və cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün iddiaçılar kompensasiya verməkdən imtina edirlər. Digər iddiaçılar və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarına əlavə edilmiş: - 13.11.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanına İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı6, İddiaçı5 və İddiaçı1 hər birinin 1/6 payları olmaqla onların paylı mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 19.05.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh1, İddiaçı2, X5, İddiaçı4, İddiaçı3, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X6 qeydiyyatdadırlar. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır. Oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvələri Cavabdeh4, Cavabdeh3 və X3 həmin ünvanda qeydiyyatdadır, lakin yaşamırlar. Məhkəmə iş üzrə iştirak edən iddiaçıların və nümayəndənin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ həmin məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Beləliklə də, məhkəmə iclasında yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququnun olduğu ailə üzvlərinə (İddiaçı1 oğlu və onun uşaqları) kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsi təklif olunsa da, iddiaçılar kompensasiya ödəməkdən imtina etmişlər. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2019/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2019/2021
03.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver