Məhkəmə qərarları › İş №2(044)-2026/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2026/2021

03.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2026/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «miras mülkdən vərəsəlik hüququnun tanınması» tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «miras mülkdən vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış ünvan 1 miras mülkə 1/3 hissə üzərində vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi mərhum X1na, 1/3 hissə isə X5 məxsus olmuşdur. X1 07.04.1998-ci ildə vəfat etmiş, onun vəfatından sonra miras mülkdə o və cavabdeh olan qardaşı yaşamışdır. Zərifə Məmmədova onların bibisi olmaqla 2011-ci ildə vəfat etmişdir. Onun uşaqları da mirasdan özlərinə düşən payı onlara vermişlər. Cavabdeh miras mülkün vərəsəlik qaydasında rəsmiləşdirilməsinə maneçilik törədir. Halbuki, atası öldükdən sonra miras mülkdə yaşamaqla vərəsəliyi faktik qəbul etmişlər. Miras mülkdə cavabdeh ailəsi ilə birlikdə yaşayır, lakin onun və ailə üzvülərinin miras mülkdə yaşamasına imkan vermir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras əmlakı qardaşları və özü faktik olaraq qəbul etmişdir. Sadəcə olaraq atalarından qalan miras əmlak onlar arasında bölünərək sənədləşdirilməlidir ki, mülk üzrə hüquqlarını sərbəst həyata keçirə bilsinlər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, onun da payı evdən müəyyən edilməlidir. Atasının ölümündən hazırki vaxta kimi ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı da öz evi olmasına baxmayaraq atasının ölümündən sonra mənzildə yaşamışdır. Mübahisəli evin onu adına sənədləşdirilməsini istəyir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2020-ci il tarixli arayışdan görünür ki, X10 07.04.1998-ci il tarixdə ölmüşdür. Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2020-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1965-ci ildə doğulmuşdur. X1, anası X11r. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(044)-1749 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X4 miras qalmış ünvan 1 fərdi yaşayış evinin 2/3 hissəsinin 1/3 hissəsinin X12 tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi, X4 miras qalmış ünvan 1 fərdi yaşayış evinin 2/3 hissəsinin 1/3 hissəsinə (2/9 hissə) X6 vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən 03.12.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evinin 3/9 hissəsinə X2, 4/9 hissəsinə X7, 2/9 hissəsinə isə X6 mülkiyyət hüququ tanınmışdır. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 121 saylı fərdi yaşayış evi 25.05.1987-ci il tarixli, 77 nömrəli qeydiyyat vəsiqəsi əsasında 2/3 hissə üzrə X7, 1/3 hissə üzrə isə X2 mülkiyyətində olmuşdur. X10 07.04.1998-ci il tarixdə ölmüş, onun ölümündən sonra birinci növbə vərəsələri kimi Şöhrət, Ayət və Elnarə adına vərəsələri qalmışdır. Hər üç vərəsə tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. X3 iddiası üzrə miras mülkün mərhum atasında məxsus 2/3 hissəsindən 1/3 hissəsinə (2/9 hissə) vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən 03.12.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli çıxarış üzrə Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 121 saylı fərdi yaşayış evinin 3/9 hissəsinə X2, 4/9 hissəsinə X7, 2/9 hissəsinə isə X6 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi 07.04.1998-ci ildə vəfat etmiş X4 miras qalmış əmlakdan düşən payın müəyyən olunmasından ibarətdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə göstərir ki, miras əmlak Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 121 saylı fərdi yaşayış evindən mərhum Yaşar Qoşqarova aid hissədir. Vərəsələr onun övladları İddiaçı, Cavabdeh və Şöhrət Qoşqarovdur. Hər üç vərəsə tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Miras əmlak 25.05.1987-ci il tarixli, 77 nömrəli qeydiyyat vəsiqəsi əsasında 2/3 hissə üzrə X7, 1/3 hissə üzrə isə X2 mülkiyyətində olsa da, X3 iddiası üzrə atasından qalmış mirasdan onun payı qətnamə üzrə müəyyən edilmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilmişdir. Həmin 03.12.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli çıxarış üzrə Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 121 saylı fərdi yaşayış evinin 3/9 hissəsinə X2, 4/9 hissəsinə X7, 2/9 hissəsinə isə X6 mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi artıq Şöhrət Qoşqarovun miras əmlak üzrə payı müəyyən edilmişdir və hazırda mirasın kütləsinə mərhum Yaşar Qoşqarovdan qalmış 4/9 hissə daxildir. Ona görə də həmin hissədən iki vərəsənin İddiaçı və Cavabdeh payları müvafiq olaraq hər birinə 2/9 hissə müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Göstərilənləri nəzərə alaraq iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh 07.04.1998-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsəsi tanınsınlar. 07.04.1998-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 121 saylı fərdi yaşayış evinin 4/9 hissəsinə İddiaçı və Cavabdeh vərəsəlik hüquqları tanınsın və hər birinin miras əmlakda 2/9 hissədə payları müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar