Məhkəmə qərarları › İş №2(044)-206/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-206/2022

21.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-206/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X6, Cavabdeh və onun nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “kompensasiya ödənilməsi və evin təmiri” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1-dən çıxarılması, əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “kompensasiya ödənilməsi və evin təmiri” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 10000 (on min) manat kompensasiya xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Samux rayonu Çobanavdallı kəndindəki evinin təmir etdirilməsi, yaşayışa yararlı hala salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında daşınmaz əmlakların əvəzləşdirilməsinə dair ilkin olaraq şifahi razılığa gəlmişlər və bu razılıq əsasında o, Samux rayonu, Çobanavdallı kəndində yerləşən ümumi sahəsi 57.9 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini ona, o, isə öz növbəsində ünvan 1-ni cavabdehə verməyi razılaşmışlar və ilkin razılığa görə ona verilən Samux rayonu, Çobanavdallı kəndində yerləşən fərdi yaşayış evində təmir bərpa işləri apardıqdan sonra, ona məxsus Gəncə şəhərində yerləşən evini Cavabdeh mülkiyyətinə keçirəcəkdir. Ona məxsus Gəncə şəhərində yerləşən evinin qiymətinin təxminən 75000 (yetmiş beş min) manat məbləğində olduğunu, Samux rayonunda yerləşən evin isə qiymətinin təxminən 40000 (qırx min) manat dəyərində olduğunu bildiyindən, bundan başqa şəhər və kənd arasındakı evlərin qiymətlərinin fərqli olduğunun fərqində olduğundan o, şifahi olaraq Cavabdehla evlərin arasında olan pul fərqinin və təmir bərpa işlərinin məbləğinin ona ödənilməsi barədə sövdələşmişlər. Cavabdehin ona borcu olduğundan evini onun adına keçirməmiş, yalnız etibarnamə verməklə kifayətlənmişdir. O, sonradan cavabdehə dəfələrlə zəng edərək yarımçıq qalan öhdəliyini yerinə yetirməsini tələb etsə də, hər dəfə Cavabdeh müxtəlif bəhanələr gətirərək yayınmış və o, cavabdehin bu cür hərəkətlərini gördükdə Mülki Məcəllənin imperativ tələbi baxımından notarial qaydada yazılı şəkildə bağlanmalı olan daşınmaz əmlakın əvəzləşdirilməsini bağlamaq fikrindən daşınmışdır. Hadisələrin bu cür şəkil alması onu narahat etdiyindən, o, ünvan 1-yə olan etibarnaməni ləğv etdirmişdir. Hazırda Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19G, mənzil 27 ünvanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.06.2019-cu il qeydiyyat tarixli **********51-05301- 093044 reyestr nömrəli çıxarışı ilə tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bundan sonra o, cavabdehdən evi boşaltmağı və evdən çıxmağı tələb etsə də cavabdeh hazırda ona məxsus evdə yaşamağa davam edir və o, öz mənzilinə köçmək istəsə də cavabdeh onu öz evinə qoymur. Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan mənzili zəbt etmişdir və mənzilə köçüb yaşamağa və mülkiyyətindən istədiyi kimi istifadə edərək sərəncam verməyə imkan vermir. Cavabdehin bu hərəkətləri onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X11 məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun ehtiyacı olduğu üçün Samux rayonu, Çobanavdallı kəndində olan həyət evini satmaq qərarına gəlmiş və 2019cu ilin aprel ayında Gəncə şəhərində yaşayan İddiaçı, 07.09.1957-ci ildə anadan olmuş Ağdam rayonundan məcburi köçkün Gəncə şəhərində və Samux rayonu Çobanavdallı kəndində yaşayan (baba ləqəbli) X4 ilə birlikdə evə gələrək bildirmiş ki, o, kənd həyatında yaşamaq üçün şəraitli ev axtarmağı barədə baba Azad Məmmədova demişdir. Azad babada ona onların qonşuluğunda Araz adlı bir nəfər evini satmasını, evində hər şəraitinin olmasını, həyətində baxçasının, mal heyvan saxlamaq üçün fermasının və birdə baxçasını saxlamaq üçün şəxsi özünün subartezian quyusunun olmasını bildirmişdir. O, da Azad baba dediyi kimi hər bir şəraiti olan ev istəyirdi ki, maldarçılıq və bağçada əkin əkməklə məşğul olsun. İddiaçı Azad Məmmədovla birlikdə ona məxsus evə gələrək, baxçaya və mal-heyvan saxlamaq üçün tikilmiş damlara baxmış, sonra gəlib oturaraq evin qiyməti barəsində söhbət etmişlər. O, evini 70000 (yetmiş min) manata satdığını bildirmiş, İddiaçı onunla aralarında 68000 (altmış səkkiz min) manata gücü çatdığını bildirmişdir. Onlar razılaşdıqdan sonra , İlahə ona 2019-cu il aprel ayında 2000 (iki min) manat beh verərək 20 gün vaxt aldı ki, onun da Gəncə şəhərində olan evini satıb yerdə qalan pulunu gətirəcəyini deyərək çıxıb getmişdir. O, İlahə dediyi 20 gün vaxta razılaşmış, İlahə dediyi 20 gün vaxt keçəndən sonra, cavabdeh İddiaçı ilə əlaqə saxlamış, lakin yenə də cavabdeh ondan 20 gün də gözləməsini xahiş etmişdir. Azad babada ondan yenidən İddiaçı 20 gün vaxt verməsini xahiş etmişdir. Bununla da İddiaçı ilə aralarında evin alınması və satılması məsələsi 6 ay çəkmişdir. O, İddiaçı bildirmişdir ki, gəlsin verdiyi 2000 (iki min) manat behini geri götürsün, o, evini təcili satır. İddiaçı aradan bir neçə gün keçmiş oğlu Umidəli və Azad ilə birlikdə onlara gəlmiş, oğlunun bu evdən xoşu gəldiyini bildirmiş, onun Yeni Gəncədəki 70000 (yetmiş min) manata satdığı 3 otaqlı evi ona satmağı, yerdə qalan 2000 (iki min) manatı sonra verməsini bildirmişdir. O, gedib X7 evinə baxdıqdan sonra razılaşmışlar. 2019-cu ilin oktyabr ayında “Gəncə ASAN” xidmətə gedərək, Samux rayonu, Çobanavdallı kəndindəki evini onun adına keçirmək və sənədləşdirilmək istəyəndə İddiaçı ona bildirmişdir ki, onun pulu yoxdur, yetimə baxır və bütün xərclərin onun tərəfindən qarşılanmasını xahiş etmiş, bundan sonra aralarında alqı-satqı olmuş və o, “Asan xidmət”də evi İddiaçı adına keçirərkən, bütün sənədləşdirmənin, evin, torpağın vergi pullarına 2000 (iki min) manat pul xərcləmişdir. Ancaq İddiaçı Yeni Gəncədəki evinin vergi və kommunal borcları çox olduğundan, evi satdığa qoyduğu üçün o, evi İlahədən ümumi etibarnamə ilə almışdır. 2019-cu ilin oktyabr ayında İddiaçı oğlu ilə birlikdə Samux rayonu, Çobanavdallı kəndində olan evə, o, isə ailəsi ilə birlikdə Yeni Gəncədə olan evə köçmüşdür. O, evdən çıxan zaman, İddiaçı ondan pulunun olmadığını bildirmiş, özünə təzədən ev və yataq dəstləri alsın, ondan ev əşyalarının və oğlunun heyvanlardan və ev quşlarından xoşu gəldiyi üçün onlara verib getməsini xahiş etmişdir. O, da bir ədəd yanı balalı olan yeddi baş doğar ana qoyunlarını - 1100 manat, ev quşları olan 15 ədəd toyuq, 5 ədəd hünduşka, 6 ədəd qaz, 6 ədəd ördək-500 manat, mətbəx mebelini-1000 manat, yataq dəstini 800 manat, çilçıraq 3 ədəd 150 manat, soyuducu 800 manat və kondisionerləri 500 manat olan ev əşyalarını evdə qoyub çıxmışdır. 2019-cu ilin noyabr ayında İddiaçı verdiyi 2000 (iki min) manat behin 1000 (min) manatını Bakı şəhərində Karl Marks deyilən yerdə körpünün yanında görüşüb almışdır. Sonra yerdə qalan pulunun 1000 (min) manatını isə iki dəfəyə 500 (beş yüz) manat olmaqla Samux rayonunda Çobanavdallı kəndində Azad babanın yanında gətirib evində vermişdir. İddiaçı evdə yaşaya-yaşaya ona zəng edərək, evin su krantları, su boruları xarab olub sıradan çıxmışdır, özünün imkanı yoxdur, ondan düzəltməsini xahiş etmişdir. O, Azad babanın və birdə evdə işləyən Bəxtiyar Eyvazovun yanında İlahəyə 160 manat pulu vermişdir. Dəfələrə ona zəng edərək xəstəliyi ilə bağlı Bakı şəhərində olduğunu, oğlu Ümidəliyə pul lazım olduğunu bildirmiş, o, Azad babanın, Bəxtiyarın və Mirəlinin yanında oğlu Ümidəliyə 150, 100 və axırıncı dəfə 50 manat vermişdir. Ümidəlinin pulu yoxdur telefonun və internetin pullarını keçirmək üçün 10 dəfə 160 manat, son zamanlar evin bütün komunal xərclərini də 200 manatı ona ödətdirmişdir. Məhləyə əkmək üçün 60 ədəd biri 5 manatdan olan meyvə ağaclarına 300 manat və 30 yol pulunuda ondan almışdır. 2021-ci ildə özünün dərmanlarını almağa imkanı olmadığı üçün reseptlərin alınmasına bacısı Sevincin yanında X16 İcra Hakimiyyətinin yanında 100 manat pul vermişdir. Aradan iki il yarım keçdikdən sonra İddiaçı ona zəng edərək, onun evinin geri qaytarılmasını bildirmişdir. Ondan xəbərsiz cavabdeh ona verdiyi ümumi ümumi etibarnaməni ləğv etdirmişdir. O, Samux rayon Çobanavdallı kəndində olan evə baxanda görmüşdür ki, İddiaçı evi tamamilə yararsız hala salmış və yaşamaq mümkün deyildir. Əgər cavabdeh evi geri qaytarmaq istəyirsə onun evini təmir etdirsin, yaşayışa yararlı hala saldırsın və bir də onun cavabdehə çəkdiyi 10000 (on min) manat kompensasiya xərcini geri qaytarsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh İddiaçı 2000 manat məbləğində qaytarılmış behinin, həmin behin 1000 manatını Bakı şəhərində, qalan 1000 manatını isə Gəncə şəhərində ödəmişdir. O, cümlədən cavabdehə evini satarkən əlavə olaraq 5 ədəd ana qoyun, 2 ədəd şişək cavan qoyun, dəyəri 360 manat, 1 ədəd erkək toğlu - 200 manat, 1 ədəd yanı balalı qoyun - 260 manat, 100 metr qalın stenkalı (50 metrası 150-lik, yarım metrəsı isə 120-lik) boru - dəyəri 4000 manat (metri 40 manat), artezanın bərpası üçün xərc - 800 manat, ehsan bulağının stollarının bərpası -500 manat, “mariquş” markalı matorun bərpası - 50 manat, evdə bir ədəd yataq dəstinin dəyəri 1700 manat, 1 ədəd yerdən qoyulan saat - 700 manat, 5 ədəd lüstra (çilçıraq) -dəyəri 1000 manat, 1 ədəd 100dük “LG” markalı kondisioner dəyəri 1400 manat, 1 ədəd kuxna dəsti dəyəri 2000 manat, zirzəmidə olan 1 ədəd 3.5 - li mersedes avtomobilinin matoru dəyəri 1400 manat, meyvə ağacları 100 ədəd hər növ - 2000 manat, Fermanın avadanlıqları kalot, zəngirlər, suboruları kalotların içərisində dəyəri 2000 manat, 3 ədəd hünduşka - 100 manat, 3 ədəd qaz 60 manat, 4 ədəd ördək - 30 manat, 9 ədəd toyuq və bir ədəd xoruz 80 manat, evin telefonunun xəttə bərpası 100 manat, calax ağacların əkilməsi üçün 350 manat pulun, evin ona geri qaytarılaraq rəsmiləşdirilməsi üçün 2100 manat pulun, evini yarasız hala saldığından 5000 manat təmir xərci, evində 5 dəfə 100 manat, bir dəfə bacısı Sevincin yanında Yeni Gəncədə 100 manat, 3 dəfə onun tanıçlarının yanında hər dəfəsində 100 manat olmaqla 300 manat, 2 dəfə cavabdehə 2020-ci ilin yay aylarında pensiya kartına 100 manat olmaqla cəmi ödədiyi 200 manat, ödənilmiş 150 manat internetinin və telefonun pulunun, qeyd olunan əşyaların bərpası və natural qaydada qaytarılması mümkün olmadıqda, həmin əşyaların dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə iclasında Cavabdeh ilə eyni məzmunlu izahat verdi və məhkəmədən ilkin iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, İddiaçı və onun oğlu Ümidəlini tanıyır. O, iddiaçı İddiaçı və oğlu Ümidəlini onlar ev almağa gələrkən tanış olmuşlar. O, Cavabdeh məxsus Samux rayonu, Çobanavdallı kəndində olan evin İddiaçı tərəfindən alınması zamanı iştirak etmişdir. O, həmin evdə tək qalmasın deyə Ümidəli ilə birlikdə bir neçə dəfə gecə qalmışdır. Həmin ev satılarkən evdə kondisioner, saat, yataq dəsti, mətbəx dəsti, 4-5 dənə ördək, 8-9 dənə quzu, erkək, toyuq, qaz, xoruz, 2-3 dənə hünduşka olmuşdur. O, evin alınmasında iştirak etmişdir. O, evə görə İlahə tərəfindən Araza pul verilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Cavabdeh məxsus Samux rayon Çobanavdallı kəndində olan fərdi yaşayış evinin İddiaçı satılmasında iştirak etmişdir. Evi satanda ev əşyalarından mətbəx mebeli, yataq dəsti, kondisioner, həyətdə 6-7 qoyun, 1 dənə 3 tonluq su çəni, 25-30 ədəd toyuq-cücə, ördək, qaz, zirzəmidə xarici maşın mühərriki olmuşdur. Həyətdə meyvə ağacları olmuşdur. 10-15 dənə Tərtərdən meyvə ağacları alıb əkmişlər. Cavabdeh həmin evə dair İddiaçı 2000 manat beh vermişdir. Cavabdeh məxsus Samux rayon Çobanavdallı kəndində olan fərdi yaşayış evinin qiymətini 65000 (altmış beş min) manata razılaşmışlar. İddiaçı oğlu Ümidəlinin kənd həyəti istədiyi üçün həmin evi almasını bilmişdır. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 05.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19G, mənzil 27 İddiaçı adına qeyd edilmişdir. 05.07.2021-ci il tarixdə İddiaçı tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı24.10.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinndə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 7E- 12154 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən həmin etibarnamənin ləğv olunmasını xahiş etmişdir. 30.07.2019-cu il tarixdə İddiaçı tərəfindən yazılmış əlyazma qəbzdən görünür ki, İddiaçı Samux rayon Çobanavdallı kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış mənzilinə 2000 manat beh verərək həmin şəxsi mənzili 68000 (altmış səkkiz min) manata razılaşdıqları, onun şəxsi mənzili var həmin mənzili satıb pulu alan kimi evə verəcəyini, o, evinin satılmağına və həmin pulun verilməsinə müddət qoymadığı, lakin beh onun tərəfindən pozularsa Cavabdeh verdiyi 2000 manat behin qaytarılmamasına söz verdiyi, verdiyi pula görə qəbz özü və X2 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qarşılıqlı iddia üzrə mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının və nümayəndəsinin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “kompensasiya ödənilməsi və evin təmiri” tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Beləliklə, məhkəmə iclasında iddiaçının və onun nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 3 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus mübahisəli mülkün Cavabdeh məxsus Samux rayonu Çobanavdallı kəndində yerləşən fərdi yaşayış evi ilə əvəzləşdirməsinə şifahi olaraq razılaşma əldə edilmiş, lakin sonradan həmin razılaşma pozulduğundan, iddiaçı hazırda cavabdehdən mülkiyyətində olan mənzildən çıxmasini tələb etsə də, cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ müdafiə edilməli, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin edilməli, Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsın. İlkin iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “kompensasiya ödənilməsi və evin təmirinə” dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar