Məhkəmə qərarları › İş №2(044)-2091/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2091/2020

18.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2091/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İsrəfil oğlunun cavabdeh X10 Hakimiyyəti Mənzil Kommunal X1rşı işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsrəfil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2020-ci il tarixli, 61 nömrəli əmrinin ləğv olunması, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq izahatında bildirmişdir ki, o, xx.xx.2018-ci il tarixdən Cavabdeh Yaşıllaşdırma şöbəsində aqronom vəzifəsində işləmişdir. O, oğlu Əlinin işləri ilə əlaqədar ailəlikcə Bakı şəhərinə köçməyi qərara aldığı üçün işdən azad olub, Bakı şəhərində işə düzəlməyi planlaşdırmışdır. Buna görə də o, ərizə ilə müraciət edərək işdən azad edilmişdir. Lakin karantin rejimi ilə əlaqədar o, Bakı şəhərinə gedə bilmədiyi üçün əvvəlki iş yerinə ərizə ilə müraciət edərək işdən azad edilmə ərizəsini geri qaytarılmaqla işə bərpa olunmaq istəmiş, lakin ona boş vakant yer olmadığı üçün işə bərpa edə bilmədiklərini bildirmişlər. Lakin onun azad edildiyi vəzifəyə heç kəsin təyin edilməməsinə baxmayaraq ona qarşı qərəzli olaraq imtina etmişlər. Həmçinin onun işdən azad edilməsi barədə ərizəni yazmağa məcbur etmişlər. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı rədd edərək bildirmişdir ki, iddiaçı özü şəxsən ərizə ilə müraciət edərək müddət gözləmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və həmin ərizə əsasında öz təşəbbüsü ilə işdən azad edilmişdir. Bundan sonra iddiaçı yenidən işə qəbul olunmaq üçün müraciət etmiş, lakin Yaşıllaşdırma şöbəsində boş vakant iş yeri olmadığına görə işə qəbul olunmamışdır. İddiaçını heç kəs işdən azad edilmə barədə ərizə yazmağa məcbur etməmiş, özü könüllü şəkildə ərizə yazmışdır. Belə olsa idi, iddiaçı bu müddət ərzində şikayət edər və iddia ərizəsində bu xüsusatı qeyd edərdi. Sonda cavabdehin nümayəndəsi iddiaçı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işdən azad edildiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş: - X10 Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2020-ci il tarixli, 61 nömrəli əmrindən görünür ki, öz ərizəsi əsasında Yaşıllaşdırma şöbəsinin aqronomu İddiaçı İsrəfil oğlu ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. - X10 Hakimiyyəti Mənzil Kommunal X2 İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 261 nömrəli məktubundan görünür ki, sonuncunun müraciəti Birlikdə araşdırılmış, Yaşıllaşdırma şöbəsində boş vakant yer olmadığına görə müraciətlə bağlı köməklik göstərilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı X10 Hakimiyyəti Mənzil Kommunal X2 rəisi X5 yazdığı xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı müddət gözləmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdeh X10 Hakimiyyəti Mənzil Kommunal X2 rəisi İlham Quliyev tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə, 109 nömrəli əmrlə Birliyin Yaşıllaşdırma şöbəsinə müddətli əmək müqaviləsi əsasında briqadir işinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə müqavilə müddəti başa çatdığı üçün ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq 01 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə o, yenidən sözügedən şöbəyə müddətli müqavilə əsasında fəhlə işinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə isə həmin şöbədə aqronom vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə 61 nömrəli əmrlə ƏM-nin 69-cu maddəsinin 3-cu hissəsinə uyğun olaraq (işçinin təşəbbüsü) işdən azad edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Çünki iddiaçı öz təşəbbüsü ilə dərhal işdən azad edilməsini xahiş etmiş və cavabdeh əmək qanunvericiliyinə uyğun olaraq xəbərdarlıq müddətini gözləmədən onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla əmək müqaviləsi ləğv edildikdən sonra iddiaçının işdən azad edilmə ərizəsini geri götürmək barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflədən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. - 69-cu maddəsinin 1 – 4-cü hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Bundan başqa iddiaçı onu məcbur etdikləri üçün işdən azad edilməsi barədə ərizə verdiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı işdən azad edilməsi barədə ərizə verdikdən sonra həmin ərizəni yazmağa onu məcbur etmələri barədə müvafiq orqanlara mürciət etməmiş, hətta iddia ərizəsində də bu barədə məlumat qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsrəfil oğlunun cavabdeh X10 Hakimiyyəti Mənzil Kommunal X1rşıişdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X9 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar