Məhkəmə qərarları › İş №2(044)-210/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-210/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-210/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, 17.03.1975-ci il tarixli 329 saylı akt qeydinin X13 məxsus olması faktının müəyyən olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və o, 1980-ci ildən bu günə kimi Gəncə şəhəri, Bağbanlar küçəsi, 1-ci döngə, 2-ci dalan, ev 4-də qeydiyyatda olmaqla yaşayır. Həmin mülk babası X3 məxsusdur. Babası X9 02.11.1956-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Babasının iki övladı X20 və X24 olmuşdur. Onun əmisi X1 Ababil Eyyub qızı ilə nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahglarından uşaqları olmamış, hər ikisi vəfat etmişdir. X5 anası X6 ilə nikaha daxil olmuşlar və onların nikahlarından-Ərizəçi, X4, X10 və X11 adlı dörd övladları dünyaya gəlmişdir. Onun X5 17 mart 1975-ci il tarixdə vəfat etmiş və onun ölüm haqqında arayışda atasının ata adı “AbdulKərim” oğlu kimi qeyd edilmişdir. Lakin ona və bacı qardaşlarının doğum şəhadətnamələrində atasının ata adı “Kərim” oğlu kimi qeyd edilmişdir. O, Maraqlı şəxsnə ölüm akt qeydində düzəliş olunması barədə müraciət etiş və ona bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs Şöbə rəisi vəzifəsini müvəqqəti icra edən Anmar Əhmədov tərəfindən məhkəməyə ünvanlanmış məktubda, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 02.10.2018-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Tağıyev Məmməd AbdulKərim oğlu 28 fevral 1975-ci il tarixdə vəfat etmişdir. 05.10.2018-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 ilə Əlirzayeva Səmayə Mehralı qızının birgə nikahlarından xx xxx 1957-ci il tarixdə Ərizəçi anadan olmuşdur. 22.08.2012-ci il tarixdə Gəncə şəhər Nikah Evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Əlirzayeva Səmayə Mehralı qızının birgə nikahlarından 10 sentyabr 1962-ci il tarixdə X12 anadan olmuşdur. 29.09.1958-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X2 birgə nikahlarından 10 iyul 1951-ci il tarixdə Tağıyeva Səmərqənd Məmməd qızı anadan olmuşdur. 04.04.1972-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş evlənmə haqqənda şəhadətnamənin surətindən görünür ki, X8 ilə Hüseynova (Tağıyeva) Səmərqənd Məmməd qızının nikahları 04 aprel 1978-ci il tarixdə 306 saylı akt qeydi ilə bağlanmışdır. 11.11.2-20-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölün haqqında arayışdan görünür ki, X21 02.11.1956-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atasının ata adı X20 olmasına baxmayaraq, Maraqlı şəxs tərəfindən verilmiş 17.03.1975-ci il tarixli 329 saylı akt qeydində Tağıyev Məmməd AbdulKərim oğlu kimi yazılmışdır. Məhkəmə hesab edir ki, 17.03.1975-ci il tarixli 329 saylı akt qeydinin X13 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.03.1975-ci il tarixli 329 saylı akt qeydinin X13 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar