Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2165/2020 12.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 14 saylı tam orta məktəbə və məktəbin direktoru X1 qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 14 saylı tam orta məktəbə və məktəbin direktoru X1 qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər M.Müşfiq adına 14 saylı orta məktəbin direktoru Gülşən Məmmədəliyeva onu işdən azad etməsi barədə xx.xx.2020-ci il tarixli 030 saylı əmrin ləğv edilməsi və onun əvvəlki işinə Gəncə şəhər M.Müşviq adına adına 14 saylı tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıməhkəmə iclasında bildirdi ki, o, 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutinun Gəncə filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” fakultəsini bitirmiş, xx.xx.2016-cı il tarixli 82/1 saylı əmrinə əsasən Gəncə şəhəri M.Müşfiq adına 14 saylı orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə qismən ödənişli analıq məzuniyyətinə çıxmışdır. xx.xx.2020-ci il tarixdə işdən azad edilməsini öyrənmiş və məktəbin direktoru Gülşən Məmmədəliyevadan əmrin surətini almış, əmrin surətindən aydın olmuş ki, məktəbin direktoru Gülşən Məmmədəliyeva xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci bəndinin “a” bəndinə əsasən əsassız olaraq onu işdən azad etmişdir. O, əmrin surətini alan tarixədək işdən çıxarılması barədə xəbəri olmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhəri 14 saylı tam orta məktəbin direktoru X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş B 169918 saylı diplomun surətindən görünür ki, X3 Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının xx xxxx 2010-cu il tarixli qərarı ilə ibtidai təhsilin pedaqogika və metodikası Ali Peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Gəncə şəhər X7 Müşfiq adına 14 saylı tam orta məktəbin xx.xx.2016-cı il tarixli 82/1 saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Gəncə şəhər X7 Müşfiq adına 14 saylı tam orta məktəbin ibtidai sinif üzrə ev dərsi keçmək üçün müəllim təyin edilmiş və dərs ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanmışdır. Gəncə şəhər X7 Müşfiq adına 14 saylı tam orta məktəbin 03.03. 2020-ci il tarixli 030 saylı əmrinin surətindən görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1 maddəsi ilə müddətli əmək müqaviləsinin vaxtı qurtardığı üçün ləğv edilmişdir. xx.xx.2016-cı il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Gəncə şəhər X7 Müşfiq adına 14 saylı tam orta məktəbdə ibtidai ibtidai sinif üzrə müddətli müqvilə əsasında müəllim vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xasiyyətnamənin surətindən görünür ki, İddiaçı 1996-cı ildə Gəncə şəhər X8 adına 20 saylı məktəbin 1-ci sinfinə getmiş, 2006-cı il tarixdə həmin məktəbi bitirmiş, 2006-cı il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsiıl pedaqogikası və metodikası ixtisasını bitirmişdir. İddiaçı Məktəbdə işlədiyi müddət ərzində səmimiliyi, mehriban rəftarı, işə ciddi məsuliyyətinə görə məktəbin müəllim və şagirdləri arasında hörmət qazanmışdır. O, dərslərində müxtəliuf səmərəliu metodlardan, təklimin texniki vasitələrindən istifadə etmiş, ictimai işlərdə fəallıq göstərmiş, məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi ilə xitam verilərkən idddiaçının şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, xx.xx.2016-cı ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və heç bir araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni əmək qanunvericiliyinin istinad olunan normalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1-ci maddəsinin «b» bəndində əmək münasibətləri sahəsində Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativhüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı işdən kənar edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki və hüquqi hallarına, eləcə də istinad edilən sübutlara əsasən İddiaçı Gəncə şəhəri 14 saylı tam orta məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsindən azad olunması əsassızdır və ona görə də o, yenidən əvvəlki işinə bərpa olunmalıdır. Məhkəmə hesab ki, iddia təmin edilməli, Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli 030 saylı əmri ləğv edilməklə İddiaçı Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli 030 saylı əmri ləğv edilsin. İddiaçı Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa olunsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2165/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2165/2020
12.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver