Məhkəmə qərarları › İş №2(044)-2231/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2231/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2231/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, mühərrik nömrəsi silinən, ban nömrəsi silinən və birkasız olan 1986-cı il buraxılışlı KAMAZ 5410 markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşının və 1990-cı il buraxılışlı Odaz 9370 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqunun onun atası X2 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1986-cı il buraxılışlı KAMAZ 5410 markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşın və onun 1990-cı il buraxılışlı Odaz 9370 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqusu atası X2 məxsus olmuş və onun istifadəsində olmuşdur. Ərizəçinin atası X4 26 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi vərəsəlik hüququna əsasən avtomaşını öz adına keçirtmək istəmiş, lakin Gəncə şəhəri Maraqlı şəxs avtomaşının mühərrik nömrəsinin silinməsini, ban nömrəsinin silinməsini və birkasız olmasını, eləcə də yarım qoşqusunun şassi birkasız nömrəsiz silinmə olmasını müəyyən etmiş və buna görə də həmin avtomaşın və yarım qoşqunu ərizəçinin adına keçirtməmişlər və bu barədə akt tərtib etmişlər. Belə ki, avtomobil uzun illər istismarda olduğundan bəzi hissələri karroziyaya uğramış və karroziyaya uğradığından mühərrik, ban nömrə yeri çürümüş və silinmişdir. Gəncə şəhəri Maraqlı şəxs tərəfindən texniki baxış keçirilərkən tərtib edilmiş akt araşdırılması üçün Gəncə şəhəri Nizami RPİ-nə göndərilmiş və cinayət tərkibi olmadığından rəy verilmişdir. Hazırda vərəsəlik qaydasında həmin avtomaşını və yarımqoşqunu adına keçirtmək istəyir, lakin göstərilən səbəblərə görə məqsədinə çata bilmir və başqa cür əldə edə bilmir. Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26.12.2016-cı il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AB N 753804 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KAMAZ-5410 yük” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşını X1 adına qeyd edilmişdir. İş materiallarında olan AB N 753805 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ODAZ-9370 yarım qoşqu” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqu X1 adına qeyd edilmişdir. İş materiallarında olan 22.05.2018-ci il tarixli nəqliyyat vasitəsinin texniki müayinəsinə dair aktın surətindən görünür ki, “ODAZ-9370 yarım qoşqu” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşquya texniki baxış keçirilməsi zamanı nəqliyyat vasitəsinin şassi birkasız, nömrəsiz silinmə olması müəyyən edilmişdir. İş materiallarında olan 22.05.2018-ci il tarixli nəqliyyat vasitəsinin texniki müayinəsinə dair aktın surətindən görünür ki, “KAMAZ-5410 yük” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşına texniki baxış keçirilməsi zamanı nəqliyyat vasitəsinin mühərrik nömrəsi silinmə, ban nömrəsi silinmə, şassi nömrəsi silinmə nömrəsiz və birkasız olması müəyyən edilmişdir. İş materiallarında olan 24 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “ODAZ-9370” markalı, ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqu şassi birkasız, nömrəsiz silinmə olması və “KAMAZ-5410” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı yük avtomaşın mühərrik nömrəsi silinmə, ban nömrəsi silinmə, şassi nömrəsi silinmə nömrəsiz və birkasız olması müəyyən edilmişdir. İş materiallarında olan 24.05.2019-cu il tarixli “avtomaşının istismarda uzun müddət olması nəticəsində bəzi detallarının dəyişdirilməsi və düzəldilməsi”nə dair rəyin surətindən görünür ki, “KAMAZ-5410” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı yük maşınının mühərrik nömrəsi silinmə, ban nömrəsi silinmə, şassi nömrəsi silinmə nömrəsiz və birkasız olması müəyyən edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Maraqlı şəxsndən məhkəməyə ünvanmış “KAMAZ-5410” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı yük maşınının və “ODAZ-9370” markalı, ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqusunun komputer bazasında olan göstəricilərinə dair məlumatdan görünür ki, X1 adına qeydə alınmış və 1986-cı il buraxılış ili olan “KAMAZ-5410” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı yük maşınının mühərriki 969252, şassi 5410-152214-86-dır, X1 adına qeydə alınmış və 1990-cı il buraxılış ili olan ODAZ-9370” markalı, ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqunun şassisi 240507-dir. Məhkəmə qeyd edir ki, hazırda ərizəçi müəyyən olunmasını tələb etdiyi faktı başqa qaydada təsdiq edə bilməz və onun yeganə müsbət nəticəyə nail olması məhkəmə qaydasında mümkündür. Həmçinin onun ərizə verməyə subyektiv hüququ da vardır. Çünki işin mübahisə edilməyən halıdır ki, ərizəçinin hazırki ərizəni verməsi onun vərəsəlik hüquq münasibətlərindən qaynaqlanır. Məxsusluğun təsdiq edilməsi tələb olunan əmlaklar ərizəçinin mərhum atası Vaqif Novrzuova məxsusdur və sonuncu 26.12.2016-cı il tarixdə vəfat etmişdir. Ərizəçi onun oğludur və onun tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədlərin ərizəçinin ala bilməməsini, yaxud itən sənədin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1, 308 və 310-cu maddələrinin birgə sistemli təhlili onu deməyə əsas verir ki, məhkəmə istənilən faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə-şəxsi və ya əmlak hüquqlarının yaranması, dəyişməsi və ya xitamına səbəb olacaq faktı müəyyən edə bilər. Hazırki ərizə üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün zəruri hallar mövcuddur. Ərizəçinin hazırda hüquqi əhəmiyyətli faktın təsdiqi barədə müraciətinin əsasını atasına məxsus əmlakların onun adına qeydiyyata alınmasından ibarətdir və bunun məhkəmə qaydasından başqa həlli mexanizmi mövcud deyildir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2-ci bəndində göstərilmişdir ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydə aldırırlar. Həmin Əsasnamənin 1.3-cü bəndində göstərilmişdir ki, dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin yaxud haqların ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Ərizəçi mərhum atasına məxsus olan 1986-cı il buraxılışlı KAMAZ 5410 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və onun 1990-cı il buraxılşılı ODAZ 9370 markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqunu adına qeydə aldırmaq üçün aidiyyəti üzrə dövlət orqanına müraciət etmiş, lakin onun müraciəti yarım qoşquya münasibətdə şassi birkasız, nömrəsiz silinmə olması əsası ilə, nəqliyyat vasitəsinə münasibətdə isə mühərrik nömrəsi silinmə, ban nömrəsi silinmə, şassi nömrəsi silinmə və birkasız olması əsası ilə müsbət həll edilməmişdir. İş materiallarında olan 24.05.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı mərhum X2 məxsus ODAZ 9370 markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqunun şassi birkası korroziyaya uğradığı üçün itmiş, KAMAZ 5410 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə müəhhərik və ban hissəsində olan yeri təmir və qaynaq işləri aparılan zaman zədələnmişdir. Göründüyü kimi, texniki müayinə aktı üzrə baxışdan keçirilən KAMAZ 5410 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və onun 1990-cı il buraxılşılı ODAZ 9370 markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqusu qeydiyyat şəhadətnamələri üzrə ərizəçinin mərhum atasına məxsus olan əmlaklardır. Baxmayaraq ki, nəqliyyat vasitəsi və yarım qoşquda nömrə silinmə halları mövcuddur, bunun ərizəçinin iradəsindən asılı olmayan hallardan baş verməsi iş üzrə təsdiq edildiyindən, habelə texniki baxış üçün müayinə edilən yarımqoşqu və nəqliyyat vasitəsinin ərizəçinin mərhum atasına məxsus olması qeydiyyat şəhadətnamələrində göstərilən əmlaklar olmasına əsaslı şübhələr yoxdur, bu zaman ərizənin təmin edilməsi labüddür. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin vərəsəlik hüququ üzrə mərhum atasından miras qalmış əmlakların adına qeydə alınması üçün ərizəsinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, mühərrik nömrəsi silinən, ban nömrəsi silinən və birkasız olan 1986-cı il buraxılışlı KAMAZ 5410 markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşın (yük maşınının mühərriki 969252, şassi 5410-152214-86) və 1990-cı il buraxılışlı Odaz 9370 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqunun (şassisi 240507) Ərizəçi atası X2 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mühərrik nömrəsi silinən, ban nömrəsi silinən və birkasız olan 1986-cı il buraxılışlı KAMAZ 5410 markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşının (yük maşınının mühərriki 969252, şassi 5410-152214-86) və 1990-cı il buraxılışlı Odaz 9370 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqunun (şassisi 240507) Ərizəçi atası X2 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar