Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2397/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 Publik Hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 və Azərbyacan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nə qarşı işdən çıxarılaraq başqa vəzifəyə keçirilmə barədə əmrin ləğv edilərək əvvəlki vəzifəyə bərpa edilməyi və vəzifələr arasında olan fərqin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, əvvəlki adı Gəncə şəhəri, 1 saylı Uşaq Poliklinikasında hazırki, Gəncə şəhəri Birləşmiş Xəstəxanasında təsərrüfat bacısı vəzifəsindən həmin xəstəxanaya xadiməçi vəzifəsinə keçirilməyi barədə əmrin ləğv edilərək əvvəlki vəzifə qaytarılmağına və təsərrüfat bacısı vəzifəsi ilə xadiməçi vəzifəsi arasında olan almadığı əmək haqqının alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 05 yanvar 2021-ci il tarixli əmrini ona aid hissədə ləğv edərək onun Ü.Hacıbəyli Ailə Sağlamlıq Mərkəzində təsərrüfat bacısı vəzifəsinə qaytarılmasına 05.01.2021-ci il tarixdən məhkəmədə işə baxılıb yekunlaşan müddət ərzində vəzifələr arasında əmək haqqı fərqinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatət verərək cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 münasibətdə ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nümayəndəsi vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 münasibətdə baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər ona münasibətdə işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 münasibətdə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 və “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nə qarşı işdən çıxarılaraq başqa vəzifəyə keçirilmə barədə əmrin ləğv edilərək, əvvəlki vəzifəyə bərpa edilməyinə və vəzifələr arasında olan fərqin ödənilməsi tələbinə dair iddia ərizəsi cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh1 X5 münasibətdə baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2397/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2397/2021
05.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver