Məhkəmə qərarları › İş №2(044)-241/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-241/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-241/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsiə Cavabdeh1ndə bağlanmış 22.12.2018-ci il tarixli 4Ə-592 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər, Şeyx Bəhəddin (Sabiq Hüseynzadə) küçəsi 40 saylı binanın 4 saylı mənzilində qeydiyyatda olmaqla, orada doğulub və həmin mənzildə 2017-ci ilədək anası X16 ilə birlikdə yaşamış, 2004-cü ilə həmin mənzil anasının adına özəlləşdirilərkən o, razılıq ərizəsi vermişdir. 2017-ci ildə onun anası Lyudmilanın beyninə qan sızması nəticəsində ruhi vəziyyətində dəyişikliklər əmələ gəlmişdir. Bundan istifadə edən cavabdeh olan bacısı, Cavabdeh2 tez-tez anasının yanına gələrək anasını inandırmağa çalışmışdır ki, evi satsın özünü müalicə etdirsin. Ancaq əslində onun məqsədi evi satıb pulunu mənimsəmək olmuşdur. O, isə evin satılmasına heç vaxt razılıq verməyəcəyini bildirmiş, evin qeydiyyat vəsiqəsinin bacısının əlinə keçməsin deyə ondan ayrı yaşayan atası X12 vermişdir. Onun bacısı Tutu hər dəfəgələrək evdə dava-dalaş salmış, nəhayət 2017-ci ilin avqust ayında evin satılması tələbi ilə yenidən dava salarkən o, dözməyərək onları vurmuşdur. Onun bacısı Polis İdarəsinə zəng edərək məlumMuxtərova at vermiş və bu səbəbdən də, o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra onun barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.08.2017-ci il tarixli qərarına əsasən 3 ay həbs qətimkan tədbiri seçilmiş, istintaq müddətində həbsdə olmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli hökmü ilə o, CM-nin 127.2 və 133.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzasını tam çəkmiş, 27.08.2021-ci il tarixdə həbsdən azad edilmişdir. Onun həbsə salınmasından dərhal sonra, bacısı Tutu evi satıb mənimsəməklə bağlı çirkin niyyətinin həyata keçirilməsinə nail olmuşdur. O, evin sənədlərinin atalarında olmasını bilməsinə baxmayaraq atalarından da gizli olaraq, mənzilin qeydiyyat vəsiqəsinin itirildiyinə dair daşınmaz əmlakın 3 saylı ərazi idarəsinə ərizə verərək, yeni qeydiyyat vəsiqəsi almış və bundan sonra 14.11.2017-ci il tarixdə 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə-138 saylı alqı-satqı müqaviləsinin əsasında həmin mübahisəli mənzili digər cavabdeh olan Cavabdeh3 satmışdır. Cavabdeh2 onun həmin mənzildə qeydiyyatda olmaqla yaşayış hüququnun olduğunu və mənzilin satılması üçün onun razılıq ərizəsinin lazım olduğunu bildiyinə baxmayaraq, 1 saylı Notariat Ofisinin əməkdaşları ilə razılığa gəlmişlər, onun xəbəri və razılığı olmadan həmin mənzilin alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Alqısatqı barədə sonradan xəbər tutan mərhum atası X23 məhkəməyə onun adından ərizə vermək üçün cəza müəssisəsində ondan etibarnamə alarkən ona bildirmişdir ki, o, evi alan Tural adlı şəxslə də görüşmüş, ona evin mübahisəli olduğu barədə və həbsdə olan oğlunun evdə hüququ olması barədə məlumat verdikdə Tural ona bildirmişdir ki, onun mübahisə barədə məlumatı alqı-satqı ərəfəsində olmuş, mənzili satan cavabdeh Tutu Turala bildirmişdir ki, həbsdə olan qardaşının mənzil problemini o, özü həll edəcəkdir. Bunu qeyd etməklə bildirmək istəyir ki, Cavabdeh3 vicdanlı alıcı sayıla bilməz, çünki o, mənzildə onun hüququnun olması barədə və mübahisə barədə əvvəldən xəbərdar olmuşdur. Görünür ki, bacısı gələcəkdə onun mənzil problemini həll edəcəyinə söz verərək onu da aldatmışdır. Ondan etibarnamə aldıqdan sonra , atası X24 onun adından məhkəmədə iddia qaldırmışdır. Atası onun adından iddianı düzgün qaldırmadığından, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(044)-1027/2018 saylı qətnaməsi ilə onun iddiası təmin olunmamışdır. Həmin qətnamədən atası apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli 2(104)-513/2020 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apelyasiya məhkəməsinin qərardadının məzmunu ondan ibarət olmuşdur ki, atasının ondan aldığı etibarnamədə, onun adından yazılmış iddia ərizəsini imzalamaq səlahiyyəti olmadığına baxmayaraq iddia ərizəsini o, imzalamışdır. Əslində o, satılmış mənzillə bağlı mübahisənin həll edilməsi üçün bütün hüquqları atasına versə də etibarnamədə imzalamaq hüququnun yazılmaması notariusun səhvi oluş, atası X23 2021-ci ilin aprel ayında vəfat etmişdir. O, doğulub-böyüdüyü və qeydiyyatda olmaqla yaşadığı mənzilin bacısı tərəfindən anasının xəstə vəziyyətdə olmasından istifadə edərək, bacısı Tutu məni saxta ittihamla həbs etdirmişdir. Bunu təşkil edən cavabdeh olan bacısı, onun həbsindən sonra həmin mənzili qanunsuz yolla sataraq mənimsəmişdir. O, həbsdə olan vaxtı anası və atası vəfat etmiş, o, isə 4 (dörd) il həbs cəzasını çəkib uraxıldıqdan sonra, yeganə yaşayış yerini itirmişdir. Bir aydır ki, ögey qardaşı Ramilin yaşadığı bir otaqlı mənzildəki mətbəxdə müvəqqəti qalır, Ramil ailəli olduğu üçün, onun darısqal mənzilinə sığınmaqda xəcalət çəkir. Bacısı Tutu onların evini satdıqdan sondan sonra, Gəncə şəhəri, Tibilisi küçəsində oğlu Firudinin adına bir otaqlı ev almış, sonradan isə həmin mənzili də satmışdır. Onun atasının və qardaşının verdiyi məlumata əsasən bacısı Tutu mənzillərini 28000 (iyirmi səkkiz min) manata satmış, lakin müqavilədə tərəflər notariusla razılaşaraq alqı-satqı məbləğini 21000 (iyirmi bir min) manat göstərmişdir. Onun yeganə yaşayış yeri olan evinin alqı-satqı müqaviləsi bağlanargən notariat ofisi tərəfindən qanunsuzluğa yol verilmiş, onun razılığının alınması tələb olunmasına baxmayaraq, razılığı alınmadan və xəbəri olmadan əməliyyat aparılmış, bununla da “Notariat haqqında təlimat” tələbləri pozulmuşdur. İddiaçı X26 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun hazırda yaşamağa yeri yoxdur və istifadə hüququ olan evdə yaşamaq haqqıdır. O, iddia ərizəsində texniki səhvlik olaraq müqavilənin tarixini 22.12.2018-ci il tarixli 4Ə-592 saylı kimi qeyd etmişdir. Lakin müqavilənin tarixinin 14.11.2017-ci il tarixli AN-1 ******* kimi oxunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X13 məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(044)- 1027/2018 saylı qətnamənin surətindən görünür ki, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2020-ci il tarixli 29104)- 513/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçının nümayəndəsi X21 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(044)-1027/2018 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. 14.11.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Şeyx Bəhəddin (Sabiq Hüseynzadə) küçəsi 40 saylı binanın 4 saylı mənzili X4 adından Cavabdeh2 tərəfindən Cavabdeh3 21000 manata satılmışdır. Ədliyyə Nazirliyi Penitensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin 27.08.2021ci il tarixli 3211 saylı arayışından görünür ki, İddiaçı oğlu Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 127.2.2, 127.2.3, 133.2.4, 133.2.6, 66.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 05.06.2018-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 ünvanlanmış məktubdan görünür ki, ünvan 1nzilə dair verilmiş qeydiyyat vəsiqəsinin itməsi barədə Gəncə şəhəri baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş 01.11.2017 –ci il tarixli arayışın və Ədalət qəzetinin 01.11.2017-ci il tarixli buraxılışında dərc edilmiş elanın surəti İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 göndərilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı sahə rəisi tərəfindən verilmiş 26.12.2017-ci il tarixli 295 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1nzilində yaşayır. Gəncə şəhər Nizami rayon İcra Başçısının 2 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.12.2017-ci il tarixli 4346 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1nzilində qeydiyyatdadır. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı sahəsinin 22.01.2018-ci il tarixli 495 saylı arayışdan görünür ki, X18 həqiqətən ünvan 1nzilində yaşayır və ailə tərkibi İddiaçı ibarətdir. Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 14.01.2019-cu il tarixli 35/2016 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən X34 16 saylı 14.01.2016-cı il tarixli göndərişi əsasında, 18.01.2016-cı il tarixdən 01.02.2016-cı il tarixədək “Şəxsiyyətin psixopatik pozuntusu, dissosial pozuntularla, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu ilə Gəncə şəhəır Psixiatriya xəstəxanasında müalicədə olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli 120-39655- 1221 saylı məktubdan görünür ki, İddiaçı 03.07.2004-cü il tarixdən ünvan 2 ünvanda (mənzil 4 qeyd olunmamış) qeydiyyatda olmuşdur. İddiaçı anası X9 adına, X7 və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsi tərəfindən verilmiş 21184 saylı Qeydiyyat Vəsiqəsinə və arxiv sənədlərinə əsasən 20.09.2021-ci il tarixdə “ünvanın səhv yazılması barədə” rəy tərtib olunaraq İddiaçı şəxsiyyət vəsiqəsində ünvanı düzəliş olunaraq ünvan 3 edilmişdir. 20.10.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X3 adına qeyd edilmişdir. 08.10.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, 4 saylı mənzili X22 tərəfindən X5 40000 manata satılmışdır. 09.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X10 adına qeyd edilmişdir. 04.06.2020-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X19 tərəfindən X14 37000 manata satılmışdır. 30.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X6 adına qeyd edilmişdir. 10.04.2019-cu il tarixli AN-İ0748161 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X25 tərəfindən X11 36000 manata satılmışdır. 25.02.2019-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X15 adına qeyd edilmişdir. 06.02.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 Cavabdeh3 tərəfindən 28000 manata X1. 15.11.2017-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 Cavabdeh3 adına qeyd ediulmişdir. 14.11.2017-ci il tarixli AN-İ0615721 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X4 əvəsindən Cavabdeh2 tərəfindən Cavabdeh3 21000 manata satılmışdır. 07.11.2017-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X4 adına qeyd edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 01.11.2017-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhər, Ə.Hüseynzadə küçəsi, ev 40, mənzil 4-də pasport qeydiyyatında olan və hal-hazırda həmin ünvanda yaşayan X16 həqiqətən Gəncə şəhər Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus olan Gəncə şəhər, Ə.Hüseynzadə küçəsi, ev 40, 4 saylı mənzilinin 05.10.2004-cü il tarixdə verilmiş reyestr nömrəsi 21184 olan evin qeydiyyat vəsiqəsinin Gəncə şəhərində naməlum şəraitdə itirməsini bildirmiş, həmin sənədin tapılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmiş, ətraf rayon polis idarə və bölmələrinə sorğular göndərilmiş, lakin həmin qeydiyyat vəsiqəsi tapılma kimi Gəncə şəhər Nizami rayon Polis İdarəsinə təqdim edilməmişdir. 08.10.2021-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X22 tərəfindən X5 40000 manata satılmışdır. 09.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 40, mənzil 4 X10 adına qeyd edilmişdir. 14.11.2018-ci il traixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölün haqqında şəhadətnamənin surətindən görünür ki, X16 06.11.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqısatqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin müqavilənin ləğvi ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq işin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə şəhəri 1 saylı notariat kontorunda aparılmış 14.11.2017-ci il tarixli AN-İ0615721 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı X16 ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2017-ci il tarixli AN-İ0615721 saylı alqı-satqı müqaviləsini mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi tələbə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqavilənin ləğv edilməsinə» dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqavilənin ləğv edilməsinə» dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar