Məhkəmə qərarları › İş №2(044)-2452/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2452/2021

20.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2452/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək onu uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu X14 ilə ailə qurmuşdur, birgə nikahlarından 2013-cü il təvəllüdlü X9 və 2016-cı il təvəllüdlü X15 dünyaya gəlmişdir. 2-ci Qarabağ müharibəsində Bərdə şəhərinə atılan raket zərbəsi ilə yoldaşı rəhmətə getmişdir. Sonra cavabdeh onu gəlin gəldiyi ünvan 1 ünvandan çıxarmışdır. O, məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 06.10.2008-ci il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ev ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və X7 adınadır; ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva (keçmiş Sevil Qazıyeva küçəsi, 4-cü döngə, ev 32) küçəsi, ev 32B ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh və ½ hissədə X7 mülkiyyətində olmaqla, 06.10.2008-ci il tarixli, **********53-10301 reyestr nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.05.2014cü il tarixli, AZ-İ 963384 saylı nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X14 arasında 29.05.2014-cü il tarixdə nikah bağlanmış və 925 saylı aktla qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.05.2014cü il tarixli, AZ-İİİ 333028 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 13.05.2014-cü ildə Göygöl rayonunda anadan olmuşdur. X1 ilə X11r; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.01.2017-ci il tarixli, AZ-T 011411 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 04.10.2016-cı ildə Göygöl rayonunda anadan olmuşdur. X1 ilə X11r; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.02.2021-ci il tarixli, AZ-İİ 153878 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 28.10.2020-ci ildə ölmüşdür; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X12 əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının və nümayəndənin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X7 birgə nikahındaN 2013-cü il təvəllüdlü X9 və 2016-cı il təvəllüdlü X15 dünyaya gəlmiş, onlar ünvan 1 ünvanında birlikdə yaşamışlar. İddiaçının əri şəhid olduqdan sonra Cavabdeh tərəfindən onun həmin evdə yaşamasına maneələr yaranmışdır. İddiaçının köçmək istədiyi ünvan 2 ünvan Sevil Qazıyeva ev 32 B) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə Çahmudova Hicran Qəzənfər qızının,1/2 hissədə isə X7 mülkiyyətlərində olmaqla, 06.10.2008-ci ildə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanılmış nikah münasibətlərinə X7 ölümü ilıə xitam verilsə də, Rəşad öldükdən sonra da o Rəşadın vərəsəsi kimi mübahisəli evdə yaşamağa davam etmişdir. İddiaçının mirası qəbul edib-etməməsi tərəflər arasında mübahisə predmeti olmasa da belə məhkəmə onu qedyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən iddiaçı X7 birinci növbədə vərəsələri sirasına daxildir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, mübahisəli yaşayış evinin ½ hissəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Tərəflər arasında vərəsəliklə bağlı hazırda mübahisə olmadığından məhkəmə hesab edir ki, iddiaçının gözlənilən mülkiyyət hüququnun təmin edilməsi baxımından o uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (Azərbaycan Respublikası Konstitusiyasının 12, 26-cı maddələri). Konstitusiyada təsbit edilmiş təminatlar sırasında hüquq və azadlıqların məhkəmə təminatı mühüm əhəmiyyət kəsb edir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). MPM-nin 88 və 217.2-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə qeyd edir ki, hazırki işdə mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayaraq mülkiyyət hüququnun təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə təmin edilmədən də iddiaçının pozulmuş gözlənilən mülkiyyət hüququnun aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun pozulması aşkar edildiyindən iddia tələbi təmin edilməli və o mülkiyyətində olan evə köçürülməlidir. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qəran istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı uşaqları X10 və X15 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar