Məhkəmə qərarları › İş №2(044)-2456/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2456/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2456/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Ərizəçi Gəncə şəhər Nizami rayon Polis idarəsinin 06 iyul 2020-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon Polis idarəsinin 06 iyul 2020-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğ edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olub hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhər Nizami rayon Polis idarəsinin rəisi Samir Həsənov tərəfindən tərtib edilmiş 06 iyul 2020-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarla Ərizəçi cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunun tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Ərizəçi Gəncə şəhər Nizami rayon Polis idarəsinin 06 iyul 2020-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada məhkəməyə şikayət verə bilərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarlardan mülki mühakimə icraatı qaydasında şikayət verilə, belə işlərə məhkəmələrdə mülki-mühakimə icraatı qaydasında baxıla bilməz. Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, Ərizəçi Gəncə şəhər Nizami rayon Polis idarəsinin 06 iyul 2020-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və AR MPM-in 152, 263-264-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Gəncə şəhər Nizami rayon Polis idarəsinin 06 iyul 2020-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar