Məhkəmə qərarları › İş №2(044)-2463/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2463/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2463/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək onun adına olan evində tanımadığı pasport qeydiyyatında olan vətəndaş Cavabdeh onun evindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirilərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki,Azərbaycan Respublikası MPM-in 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 136 nömrəli Qərarının 3-cü bölməsinin 15.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının DİN-n ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların siyahısına aid edilmişdir. Odur ki, iddiaçıya izah olunsun ki, ərizəsində göstərilən tələblə aidiyyəti üzrə Azərbaycan Respublikasının DİN-n ərazi və ixtisaslaşdırılmış polis idarəsinə müraciət etməli, həmin orqan tərəfindən müraciəti təmin edilmədiyi, yaxud digər hərəkət və ya hərəkətsizliyindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü madd-əsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə, yəni iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” barədə tələbi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə Azərbaycan Respublikasının DİN-n ərazi və ixtisaslaşdırılmış polis idarəsinə müraciət etmək hüququ, həmin orqanda müraciəti müsbət həll olunmadığı təqdirdə orqanın hərəkət və ya hərəkətsizliyindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar