Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-255/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin mülkdən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin mülkdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri X5 və X10 adlı uşaqları və onlara məxsus ev əşyaları ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanda 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 miras qalmış ünvan 1 ünvanda 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə Gəncə şəhər 1 saylı Notariat Kontorunda 06 sentyabr 2012-ci il tarixli 2V-3-1884 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında əldə etmişdir. Mülkə dair hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət reyestrindən 28.09.2012ci il tarixli, RX seriyalı ******* nömrəli, ********** saylı çıxarış verilmişdir. Cavabdehlər bacısı oğlu Cavabdeh1 Cavabdeh2 ilə ailə qurduqdan sonra bir müddət orda-burda yaşamışlar. Cavabdeh bacısı oğlu Cavabdeh1 ona müraciət edərək onların əziyyət çəkdiklərini bildirərək onları müvəqqəti olaraq ona məxsus ünvan 1 ünvanda yerləşən əl damına köçürməyi xahiş etmişdir. İddiaçı əl damında öz vəsaiti hesabına əl gəzdirərək onları həmin “C” literli tikiliyə köçürməklə ev alana kimi müvəqqəti olaraq onlara sığınacaq vermişdir. İndi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailəsi ilə birlikdə evdə qeydiyyatda olmaya-olmaya yaşamaları mülkiyyətçi olaraq onun mülkə dair hüquqlarını məhdudlaşdırır. O, əlavə olaraq ailə üzvlərinin sayına görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evində qanunsuz yaşamaları ona məxsus mülk üzərində qanunvericiliyin tələblərinə uyğun sərəncam verməyini və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını məhdudlaşdırır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi X2 01.06.2021-ci il tarixdə məhkəməyə “tələbin həcminin dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri X5 və X10 adlı uşaqları ilə və onlara məxsus ev əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 1 ünvan İddiaçı məxsus olsa da, onun yaşadığı tikilini o, digər Cavabdeh1 ilə evli olarkən öz vəsaitləri hesabına təmir etdirmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06.09.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6-da yaşayan İddiaçı X4 vərəsəsidir. İş materiallarına əlavə olunmuş 28.09.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İradəsi tərəfindən verilmiş 28.09.2012-ci il tarixli, **********72-10301 reyestr nömrəli X18 dair Texniki Pasportdan görünür ki, ünvan 4 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun subyekti İddiaçıdır. İş materiallarına əlavə olunmuş 02 noyabr 2020-ci il tarixli, 2900 saylı arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, halhazırda X6 və oğlu X11 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 Gəncə Ərazi İradəsi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli, **********78 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evi və 0.0595 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli, 10/4261 saylı Ekspert rəyindən görünür ki, Gəncə şəhəri 1-saylı XNK-nun 06.09.2012-ci il tarixli, 2V-3-1884 saylı vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İradəsi tərəfindən ünvan 4 X18 28.09.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış və texniki pasport verilmişdir. Baxış keçirilən zamanı: Tik.A-da 20.0 kv.m bir yaşayış otağı, 13.8 kv.m örtülü eyvan, Tik.B-də 22.9 kv.m bir yaşayış otağı, 16.7 kvm örtülü eyvan, 6.8 kv.m dəhliz, Tik.C-də 19.4 kv.m sanitar qovşağı, Tik.İ-də 57.0 kvm talvar inşa edildiyi aşkar edildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarında mülkdə 2009-cu il tarixdə tikilmiş Tik.C yaşayış binası, Tik.Ç sanitar qovşağı, Tik.l talvarın tikilməsi barədə heç bir icazə sənədləri aşkar olunmadı. Hal-hazırda Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, 6-saylı mülkdə təzə tikilmiş yaşayış binasında Cavabdeh2 və iki övladı yaşadıqları göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması nəticəsində tərəflərin izahatları və məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 4 fərdi yaşayış evi və 0.0595 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri X5 və X10 adlı uşaqları ilə birlikdə mübahisəli mülkdə yaşayır, iddiaçı cavabdehlərdən evdən çıxmalarını tələb etsə də, cavabdehlər evdən könüllü olaraq çıxmır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətində olan əmlakından maneəsiz istifadə etmək hüquqları təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X5 və X10 ilə və onlara məxsus ev əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən torpaq sahəsindən və həmin torpaq səhəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X5 və X10 ilə və onlara məxsus ev əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 4 ünvanda yerləşən torpaq sahəsindən və həmin torpaq səhəsində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-255/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-255/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver