Məhkəmə qərarları › İş №2(044)-2553/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2553/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2553/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Həsənova Gövhərşah İzzət qızının iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs X11 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş oğlu X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşənümumi sahəsi 68.4 kv.m olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil onun mərhum həyat yoldaşına məxsus olmuş, notariusun xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, mülkiyyət hüququ haqqında şəhadətnaməsinə və bağışlama müqaviləsinə əsasən bütövlüklə onun mülkiyyətinə verilmiş, o, da mülkiyyət hüququnu rəsmiləşdirərək həmin mülkə dair daşınmaz əmlakın reyestr idarəsindən adına çıxarış almışdır. Cavabdeh onun qızıdır və o, xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə X5 ilə ailə qurmuş, həmin vaxtdan cavabdeh qızı Cavabdeh ünvan 1-da yerləşən atası evindən ər evinə köçərək daimi olaraq orada yaşayır. Cavabdeh 2006-cı il tarixdən ər evində yaşasa da, atası evindən qeydiyyatdan çıxmamışdır. Onun xx.xx.2008-ci il tarixdə Suliddin, xx.xx.2009-cu il tarixdə isə Selcan adlı uşaqları anadan olmuşdur. Cavabdeh uşaqlarını da özünün qeydiyyat yeri üzrə ata evinə qeydiyyata aldırmışdır. Onun həyat yoldaşı X8 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və onunölümündən sonra o, miras qalmış ünvan 1 ünvanda yerləşən miras mənzilə dair vərəsəlik hüququnu rəsmiləşdirərkən Cavabdeh miras evdən ona çatası payın əvəzinə ondan 9000.0 (doqquz min) manat məbləğində kompensasiya və 400.0 kv.m torpaq sahəsini alaraq müqabilində miras mənzildən xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin bu günə kimi cavabdeh qeydiyyatdan çıxmamışdır. Bununla əlaqədar o, Cavabdeh Culiddin və Selcan adlı uşaqları ilə birlikdə ona məxsus ünvan 2 mənzil 6-dan qeydiyyatdan çıxarılmaları üçün Polis İdarəsinə müraciət etsə də, ona bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Onun qızı Cavabdeh xx.xx.2006-cı ildə ailə qurandan sonra həmin mənzildə yaşamamış, onun uşaqları Selcan və Suliddin heç vaxt ailə üzvü kimi göstərilən mənzildə yaşamamışlar. Onların qeydiyyatda qalmalarına görə o, tək, köməksiz, xəstə qadın artıq kommunal xərclər ödəməli olur. Bundan başqa cavabdehin onun evində qeydiyyatda qalması, onun mülkiyyət hüququnu məhdudlaşdırır, mülkiyyət hüququndan irəli gələn vəzifələrini həyata keçirilməsinə maneçilik edir. İddiaçının nümayəndəsi, vəkil Həsənova Gövhərşah İzzət qızı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və 3-cü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 mənzil 6 ünvanı 9/12 hissə pay ilə İddiaçı və 3/12 hissə pay ilə X9 adlarına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş oğlu X4 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə, xx.xx.2020-ci il tarixədək qeydiyyatda olduğu ünvan 1 ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə, mərhum atası X7 vəfatından sonra miras qalmış əmlakdakı payını anası İddiaçı bağışlaması müqabilində anası İddiaçı 9000 (doqquz min) manat məbləğində nəğd şəkildə pul və 400 kv.m torpaq sahəsini almışdır. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacağı bildirilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Cavabdeh, X6 və X1 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və notarial qaydada təsdiq olunmuş ərizə ünvan 1 ünvandan xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxması barədə öhdəlik götürmüş və əvəzində İddiaçı 9000 (doqquz min) manat məbləğində nəğd şəkildə pul və 400 kv.m torpaq sahəsini almış, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacağı bildirilmişdir. Lakin cavabdeh hazırkı vaxtadək ünvan 1 ünvandan qeydiyyatdan çıxmamışdır. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququ itirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş oğlu X3 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 ünvan 1 ünvandan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar