Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2554/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul, maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona çatası 6400 (altı min dörd yüz) manat pulun, 3600 (üç min altı yüz) manat maddi və mənəvi ziyan, cəmi 10000 (on min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, 2018-ci ilin fevral ayında Gəncə şəhərində yaşamaq məqsədi ilə torpaq sahəsi almaq istəmiş və bundan xəbər tutan xalası oğlu Cavabdeh2 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirdi ki, onun dostları torpaq alqı-satqısı ilə məşğul olur, get onların yanına, onlar sənəkömək edəcəklər. O, xalası oğlu Bəhruz deyən kimi etmiş, Bəhruzun dostu Cavabdeh1 yanına getmiş, torpaq almaq istədiyini bildirmiş və Cavabdeh1 ona Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləri olmasını və birlikdə gedib baxmalarını təklif etmişdir. O, torpaq sahəsinə baxandan sonra 7800 manata razılaşmışlar və ona bir həftə vaxt verdilər ki, o, həmin 7800 manat pulu düzəltsin. O, həyətində olan 5 baş iri buynuzlu doğar mal-qaranı və anasının, oldaşının verdiyi qızılları tələsik sataraq beş gün ərzində 7800 manat pul toplamış, pulu Bəhruz və Cavabdeh1 verən zaman Natəvan qəsəbəsindəki torpağa dair hüquqi sənədləri tələb etmişdir. Xalası oğlu Bəhruz ona “pulu ver Cavabdeh1 narahat olmama, elə bil pulu mənə vermisən” demişdir. O, da xalası oğluna inandığından 7800 manat pulu və şəxsiyyət vəsiqəsini Aqşinlə Bəhruza vermişdir ki, sənədləri qaydasına salıb hazırlasınlar. Bir ay sonra o, torpağın sənədlərini istədikdə yenə xalası oğlu ona “narahat olma, torpağın sənədi sənə veriləcək” demişdir. O, bir neçə vaxtdan sonra xəbər tutmuşdur ki, ona deyilən torpaq sahəsində ev tikilir. Gedib maraqlanmış, məlum olmuşdur ki, ona satılan torpaq sahəsi başqa bir şəxsə məxsusdur və o, xalası oğluna torpaq alması üçün verdiyi pulu geri istədikdə xalası oğlu dostu Aqşinlə kəndə onların evinə gəlmiş, ona yalan vədlər verərək pulunu 3 ay müddətinə geri qaytaracaqlarını bildirmişlər. Onun atasına yalvararaq polisə və hüquq-mühafizə orqanlarına müraciət etməməsini xahiş etmişlər. Cavabdeh1 3 ay müddətində pulu geri qaytaracağına dair borclu olması barədə yazılı qəbz yazıb vermişdir. O, 3 ay gözləmiş, 3 ayın sonunda ona 200 manat pul vermişlər, 2019-cu ilin fevral ayında ona cəmi 1400 manat pul vermişlər və o, qalan 6400 manat pulu Cavabdeh1 istədikdə ona yalan vədlər vermişlər. Dəfələrlə onu aldatdıqdan sonra ona nalayiq söyüşlər söyərək “pulunu kimdən alırsan al, məni narahat etmə” demişdir. Ona görə o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır. O, həmin vaxt ona məxsus 5 baş doğar iribuynuzlu qaramalını və anası ilə yoldaşının qızıllarını satmasaydı, atası insult xəstəliyi keçirməzdi, epilepsiya xəstəliyi tapmazdı, o, da gərginlik yaşamazdı. Hazırda o, əmlakından məhrum olmuş, maddi və mənəvi zərər çəkmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddiaçının izahatı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Zərdan oğlu tərəfindən yazılmış əlyazma qəbzdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə 300 manat pulu Sərvana verəcəyi, 2020-ci ilin yanvar ayının 15-də 3000 manat Sərvana verəcəyini, pulun qalan hissəsini-4500 manatını mart ayının sonuna kimi bağlayacağına söz vermişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X3 Gəncə şəhərindən torpaq sahəsi almaq niyyəti olmuş, xalası oğlu Cavabdeh2 iddiaçıya, yaxın dostu Cavabdeh1 torpaq alqı-satqısı ilə məşğul olduğunu və ona müraciət etməsini bildirmişdir. Cavabdeh1 iddiaçıya Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində torpaq sahəsinin oğluduğu bildirmiş və onlar həmin torpaq sahəsini 7800 manata razılaşmışlar. Bundan sonra iddiaçıya vəd olunmuş torpaq sahəsinin başqa şəxsə məxsus olduğu, həmin torpaq sahəsində tikinti işləri aparıldığı iddiaçıya məlum olmuş, iddiaçı cavabdehlərdən həmin torpaq sahəinə görə verdiyi 7800 manat pulu cavabdehlərdən geri tələb etdikdə isə cavabdehlər tərəfindən iddiaçıya verilməli olan həmin puldan ayrı-ayrı vaxtlarda 1400 manat pul geri qaytarılmış, qalan 6400 manat pul isə hazırkı vaxtadək qaytarılmamışdır. Hazırda cavabdehlərin iddiaçıya 6400 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iddiaçının iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarının 3-cü bəndinə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə iddia tələbinin vurulmuş maddi və mənəvi zərərə görə 3600 (üç min altı yüz) manat ziyan tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi istisnadır. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 6400 (altı min dörd yüz) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən müştərək qaydada 6400 (altı min dörd yüz) manat alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6400 (altı min dörd yüz) manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hisədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2554/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2554/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver