Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2579/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Ərizəçi və onun vəkili X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı «iş stajı faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı «iş stajı faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləyib. 1988-ci ildə məlum hadisələr vaxtı, yəni Qərbi Azərbaycandan qovulan zaman ona məxsus əmək kitabcası orada qalmışdır. Hazırda təqaüd almalıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı nəzərə alınmaqla ona güzəşli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. Lakin əmək kitabcası olmadığı üçün o öz hüququnu həyata kecirə bilmir. Odur ki, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndənin gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o əsgərlikdən gələndə 1982-ci ildə Soybət Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləyirdi. Hətta o zamanlar bir necə kəndin sakinlərinin coxunun orada işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, 1981-ci ildə Ermənistanın Zod Qızıl Mədəninə işləmək üçün gələndə Ərizəçi artiq orada işləyirdi. Ərizəçi ilə həqiqətən 1988-ci ilə qədər orada işləmiş sonra isə Qərbi Azərbaycandan qovulan zaman hər kəslə birgə Gəncə şəhərinə gəlmişlər. xx.xx.1984-cü il tarixdə X2 adına verilmiş ПТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X6 Ermənistanın Zod Qızıl Mədənində işə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixdə X3 adına verilmiş ПТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X7 30,04,1981-ci il tarixdə Ermənistanın Zod Qızıl Mədənində işə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajı təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzə alaraq güzəşli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərinin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçinin, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və iş stajına hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2579/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2579/2020
22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver