Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2600/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 və cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, cavabdehin qızı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdən “istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Salahov Hünbət Rza oğlu iddianı müdafiə edib, Cavabdehin qızı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı ünvan 1 ünvanında yerləşən evi mənzilin keçmiş mülkiyyətçisi X3 alqı-satqı müqaviləsi ilə almışdır və cavabdeh Cavabdeh tanımır. Cavabdeh onun nə ailə üzvü, nə də qohumu deyil. İddiaçı həmin mənzili alqı-satqı müqaviləsi əsasında alarkən cavabdehin həmin mənzildə qeydiyyatda olmasını bilməmişdir. Cavabdeh və onun qızı həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh, cavabdehin qızı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən “istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Quliyeva Arifə Vəli qızı iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən o və azyaşlı qızı X2 şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi, ev 11, mənzil 23 ünvanında qeydiyyatdadırlar. O və qızı həmin mənzildə yaşamırlar və həmin mənzildən istifadə etmirlər. Ona görə də İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən onun və qızının istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh və X2 şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi, ev 11, mənzil 23 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, mübahisəli yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin isə həmin evdə qeydiyyatda olmasına baxmayaraq, həmin evdə yaşamaması məhkəmə araşdırılması zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxx 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X5 nümayəndəsi X1 Ruhiyyə Mübariz qızına mənzili satarkən üçüncü şəxslərin hüquqlarından azad mənzil satmağı öhdəsinə götürsə də, o, mənzildə olan şəxsləri pasport qeydiyyatından hələ də çıxarmamışdır ki, bu da mənzil sahibi olan iddiaçının hüquqlarının məhudlaşdırılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan, cavabdehin uzun bir zaman ərzində mübahisəli evdən çıxıb daimi başqa yerdə yaşamaq üçün getməsi həmin yaşayış sahəsinə olan ehtiyacın artıq aradan qaldırılması deməkdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan evdə qeydiyyatda olması formal xarakter daşıdığından iddia əsaslıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh və onun xx.xx.2009-cu il təvəllüdlü qızı X6 iddiaçının mülkiyyətindəki yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh, xx.xx.2009-cu il təvəllüdlü qızı X9 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət veriməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2600/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2600/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver