Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2615/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh,3-cü şəxslər X1 və qeyrilərinə qarşı “evdən pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh,3-cü şəxslər X1 və qeyrilərinə qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X1 və qeyrilərinin ona məxsus olan Gəncə şəhəri,Nizami rayonu,Yeni Gəncə qəsəbəsi, 2-ci mik,ev 8,mənzil 34 ünvanından pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi məhkəməyə xx xxxxxxxx 2020-ci ildə daxil olmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilənə qədər iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahişetmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürmək haqqında qərardad çıxarılmadığından və iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduğundan ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh,3-cü şəxslər X1 və qeyrilərinə qarşı “evdən pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2615/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2615/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver