Məhkəmə qərarları › İş №2(044)-2625/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2625/2020

04.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2625/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə olaraq payının müəyyən olunması, payına münasib olaraq mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 2V-104 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə olaraq payının müəyyən olunması, payına münasib olaraq mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdmi ki, ödənilmiş dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli, 1436-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə 108.3-cü maddə əlavə edilmiş və həmin maddədə təsbit edilmişdir ki, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz Hökümət Ödəniş portalının və “Expresspay” Ödəniş sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı və digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu buna səlahiyyəti olmayan şəxs tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə, dövlət rüsumunun ödənilməməsi halı kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə olaraq payının müəyyən olunması, payına münasib olaraq mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar