Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2630/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 mən 71-də olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mən 71 nömrəli mənzil onun mülkiyyətindədir. Cavabdehlər evin əvvəlki sakinləridir və mülkü satdıqdan sonra həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Onlar formal olaraq pasport qeydiyyatındadırlar. Cavabdehlərin formal olaraq onun evində qeydiyyatda qalması onun mülkiyyət üzərində hüququnun məhdudlaşdırılmasına səbəb olur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin verdiyi xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 71 nömrəli mənzil İddiaçı mülkiyyətindədir; xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, ünvan 1 mən 71 ünvanını X3 xx.xx.2014-cü il tarixdə İddiaçı satmışdır; AR DİN-nin xx.xx.2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh1, X3 və Cavabdeh3 ünvan 1 mən 71 ünvanında qeydiyyatdadırlar; AR ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 mənzil 71 ünvanında yerləşən mənzil “Nikoyl” İKB Gəncə filialının xeyrinə yüklüdür. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdırlar. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki iş üzrə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmaqla onun mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququ olduğundan o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 mən 71 ünvanında yerləşən mənzil X1 mülkiyyətində olmuş və o həmin evi xx.xx.2014-cü ildə hazırki iş üzrə iddiaçıya satmışdır. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 11ci bəndindən görünür ki, satıcı 10 gün müddətində satdiği evdən qeydiyyatdan çıxmağı öz üzərinə götürsə də,müqavilənin həmin bəndinin tələblərinə riayət etməmişdir. Cavabdeh1, X3 və Cavabdeh3 göstərilən mənzildə pasport qeydiyyatından çıxmamışlar. Məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçının sahibliyində və istifadəsində olan yaşayış evində qeydiyyatdadırlar. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçının ona məxsus olan yaşayış evi üzərində sahiblik və istifadə hüququnun, eyni zamanda mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə hazırki iş üzrə araşdırma apararkən müəyyən etmişdir ki, cavabdehlər mübahisəli mənzildən köçüb getməsi, yaşayış sahəsindən istifadə etməməsi və davamlı olaraq başqa yerdə yaşaması artıq onun qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmaması və başqa ünvanda yaşayış yerinin seçməsinə əsas verən hal kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3, İddiaçı məxsus ünvan 1 mən 71 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət veriməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2630/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2630/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver