Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2643/2020 07.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazimov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş İcra qeydinin ləğvi haqda qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mətnindən və mahiyyətindən müəyyən olunur ki, mərhumə tanışı X1 of Baku ASC-nin Gəncə filialından 56 ay müddətinə illik 22 faiz olmaqla 4600 ABŞ dolları kredit götürmüşdür. Kredit xx xxxxx 2015-ci il tarixdə kredit sazişi əsasında rəsmiləşdirilmişdir. O isə həmin kredit sazişində şahid kimi imza atdığını, 2015-ci il tarixdə götürülmüş kreditin ona heç bir aidiyyatı olmadığını, Gəncə şəhər 5 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx xxxx 2020-ci il tarixdən İcra Qeydi sənədi göndərilmiş İddiaçı ödənilməmiş 4120 ABŞ dolları 56 sent (dörd min yüz iyirmi ABŞ dolları əlli altı sent) tutularaq Bank of Baku ASC –yə ödənilməsi bildirilmişdir. Odur ki, İddiaçı Gəncə şəhəri 5 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş İcra Qeydi sənədi haqqında ona hec bir məlumatın verilmədiyini, götürülmüş kreditin başqa şəxsə aid olduğunu ona hec bir aidiyyatı olmadığını, İcra Qeydi sənədinin əsassız bir sənəd olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Notariat haqqında Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikasının MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının MPM-in 153.3-cü maddəsinə əsasən məhkəmə ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, iddiacı iddia ərizəsində kreditin başqa şəxsə aid olduğunu bildirdiyi üçün kredit müqaviləsinin etibarsızlığı ilə əlaqədar ümumi məhkəməyə və ya notariusun hərəkətlərinə dair İnzibati Məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı xx.xx.2020-ci il tarixli, 3859 nömrəli icra qeydinin ləğvi barədə iddia ərizəsi məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı icra qeydinə əsas olmuş sənədləri məhkəmə qaydasında mübahisələndirmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2643/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2643/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver