Məhkəmə qərarları › İş №2(044)-2665/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2665/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2665/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdehin uşağı X5 ilə birlikdə mülkiyyətində olan ünvan 1 saylı yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 saylı mülkə dair İddiaçı adına xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilmişdir. İddiaçı xx xxxxx 2015ci il tarixdə oğlu Ramizə toy edərək gəlini Cavabdeh ona məxsus ünvan 1 saylı mülkə gəlin gətirmiş və həmin nikahdan xx xxxxxx 2016-cı il tarixdə Vüqar adlı uşaqları anadan olmuşdur. İddiaçının oğlu ilə gəlini Cavabdeh yola getmədikləri üçün aralarında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tartixli qətnaməsinə əsasən pozulmuşdur. Lakin Cavabdeh və uşağı X5 hal-hazıra kimi İddiaçı məxsus evdə yaşayırlar. O, dəfələrlə cavabdehdən uşağı ilə birlikdə çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 saylı yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmaqla onun adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına qeydiyyat vəsiqəsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında olan nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli 145 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 70A-da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə və iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı özünün mülkiyyətində olan evdən həmin evə dair qanundan və ya müqavilədən irəli gələn hər hansı bir hüququ olmayan cavabdehin çıxmasını tələb etsə də, cavabdeh evdən könüllü olaraq çıxmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqları müdafiə edilməli, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin edilməli, Cavabdeh və uşağı X1 şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, ev 43B-dən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh uşağı X5 ilə birlikdə İddiaçı məxsus ünvan 1-dən çıxarılsınlar. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar