Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-270/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Rüstəmova (Museyibova) Güldəstə Duman qızına, Nəsirova (Museyibova) Ayşən Duman qızına, Cavabdeh4 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «kompensasiya ödənilməsi və ya vərəsə tanınmaqla payın ayrılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Rüstəmova (Museyibova) Güldəstə Duman qızına, Nəsirova (Museyibova) Ayşən Duman qızına, Cavabdeh4 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evdən cavabdehlər Cavabdeh1, X2, X10 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «kompensasiya ödənilməsi və ya vərəsə tanınmaqla payın ayrılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ilkin iddiaçının rədd edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən mütənasib olmaqla ona müəyyən məbləğdə kompensasiya ödənilməsi və yaxud bunun müqabilində cavabdehin adına olan həmin yaşayış sahəsindən vərəsə kimi mərhum anasının adına olan miras əmlakdan naturada onun payının ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun mülkiyyətindədir və hazırda həmin evdə pasport qeydiyyatında olan bacısı Müseyibova (Yusubova) Xatirə Sahib qızı 1992-ci ildə ailə quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüş və hazırda da ünvan 2da ailəsi ilə birlikdə yaşayır. Cavabdeh olan bacısı Cavabdeh1 onun mülkiyyətində olan evdə qeydiyyatda olmasından istifadə edərək digər cavabdeh olan övladlarını da onun mülkiyyətində olan evə pasport qeydiyyatına saldırmış, lakin faktiki olaraq cavabdeh Xatirə Müseüyibova və digər cavabdehlər 30 ilə yaxındır ki, mübahisəli evdə yaşamırlar. Hətta cavabdeh Ayşən və Güldəstə Müseyibovalar ailə həyatı quraraq yaşadıqları ünvan 3 ünvandan da köçmüş olsalar da yenə də onun mülkiyyətində olan evdə pasport qeydiyyatıəndadırlar. Cavabdehlərin onun evində pasport qeydiyyatında olması səbəbindən o, əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmış və mülkiyyəti üzərində sərbəst sərəncam vermək imkanı məhdudlaşmışdır. İddiaçının nümayəndəsi, vəkil X11 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı mülkiyyətinə keçmişdir və hazırda İddiaçı məhkəmədə onların həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Onlar həmin yaşayış evində qeydiyyatında olduqlarından və o, valideynlərinin vərəsəsi olduğundan vərəsə kimi mərhum anasının adına olan miras mülkdən naturada ona pay ayrılıb verilməlidir. Anası 18.10.2002-ci il tarixdə vəfat etmiş, bütün dəfn xərcləri onun tərəfindən qarşılanmışdır. Atasının sağlığında qardaşı ailəli olan vaxtlarda da o, həyat yoldaşını atası evinə aparmış xəstə atasına qulluq etməmişdir. Onun anası 18.10.2002-ci il tarixdə rəhmətə gedəndə onun qardaşı anasının dəfnində iştirak etməmiş, sonradan gəlmişdir. Məhkəmədən ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Rüstəmova (Museyibova) Güldəstə Duman qızı, Nəsirova (Museyibova) Ayşən Duman qızı, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Rüstəmova (Museyibova) Güldəstə Duman qızının, Nəsirova (Museyibova) Ayşən Duman qızının, Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və qarşılıqlı iddia üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, 27.09.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvan İddiaçı adına qeyd edilmişdir. 28.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2524/70 saylı arayışdan görünür ki, X14 ilə (Museyibova) X6 nikahları 18.08.1993-cü il tarixdə 354 saylı akt qeydi ilə tərtib olunmuşdur. 28.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2525/70 saylı arayışdan görünür ki, X12 ilə Nəsirova (Museyibova) Ayşən Duman qızının nikahları 03.11.2010-cu il tarixdə 408 saylı akt qeydi ilə tərtib olunmuşdur. 28.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2523/70 saylı arayışdan görünür ki, X16 ilə X7 birgə nikahlarından 22 dekabr 1976-cı il tarixdə X17 anadan olmuşdur. 28.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2521/70 saylı arayışdan görünür ki, X14 ilə X4 birgə nikahlarından xx xxxx 1997-ci il tarixdə Cavabdeh2 anadan olmuşdur. 28.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2522/70 saylı arayışdan görünür ki, X14 ilə X4 birgə nikahlarından 03 oktyabr 1993-cü il tarixdə X15 anadan olmuşdur. 21.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2954 saylı arayışdan görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvanda X8, X18, X13, Cavabdeh4 adlı şəxslər qeydiyyatdadırlar, lakin yaşamırlar. 19.10.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X8, X18, X13, Cavabdeh4 ibarətdir. X13 tərəfindən ünvan 5 ünvanlanmış ərizədən görünür ki, X13 18.10.2002-ci il tarixdə vəfat etmiş anası X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvanda yerləşən evi qalmışdır. Həmin evdən ona çatası payı nə faktiki, nə də ərizə əsasında qəbul etməmiş, etmək fikri də yoxdur. Həmin mülkdə qardaşı İddiaçı adına keçməsinə etirazı yoxdur, bununla əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. 19.10.2002-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. 10.02.2003-cü il tarixdə 67 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvanda yerləşən evdə yaşamış, 18 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. 14 saylı məktəbdə 117 saylı bufetdə satıcı işləmişdir. Həmin ünvanda yaşayan qızı X17 dəfn mərasminə çəkilən bütün xərcləri özü çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 120 saylı ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən qarşılılqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2, X10 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. İlkin iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «kompensasiya ödənilməsi və ya vərəsə tanınmaqla payın ayrılması» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu qarşılıqli iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-270/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-270/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver