Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2773/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulunundan imtina olunmalıdır. Belə ki, məhkəmənn icraatında hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehə qarşı evdən çıxarılma tələbinə dair işə baxılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(044)-1029/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılması qət edilmişdir. Hazırda isə iddiaçı onun həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(044)-1029/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. Məhkəmə belə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(044)-1029/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdehin evdən çıxarılacağı təqdirdə hazırki iş üzrə iddiaya da məhkəmədə baxılmasına zərurət qalmayacaqdır. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(044)-1029/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamənin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İddiaçıya Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(044)- 1029/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamənin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir.. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2773/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2773/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver