Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2775/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 15.03.1980-ci il tarixdə keçmiş Ermənistan SSR-in Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmağına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında ərizəçi bildirmişdir ki, xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonun Aşağı Şorca kəndində anadan olmuşdur. X5, anası X7 olmuşdur. O, anadan olduğu vaxt valideynləri tərəfindən ona keçmiş Ermənistan SSR-in Vardenis rayonunun Aşağı Şorça kəndində anadan olmağına dair doğum haqqında şəhadətnamə alınmışdır. O, Gəncə şəhərində yaşayarkən doğum haqqında şəhadətnaməsilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. Lakin onun doğum şəhadətnaməsi və ailələrinə məxsus bir sıra başqa sənədlər bacısının evində, Gəncə şəhəri Əli Nəzmi küçəsinə ermənilər tərəfindən atılmış raket nəticəsində yanıb məhv olmuşdur. Gəncə şəhərində məskunlaşdıqdan sonra ona şəxsiyyət vəsiqəsi verilərkən şəxsiyyətinə dair məlumatlar doğum şəhadətnaməsindən götürülməsi, eləcə də bacı və qardaşlarının doğum şəhadətnamələrində olan qeydlər onun dediklərini sübut edir. Həmçinin əlində qalmış doğum haqqında şəhadətnamənin surəti də dediklərinin sübutudur. Doğum şəhadətnaməsi ona paylı torpağını öz adına rəsmləşdirməkdən ötrü lazımdır. Hazırda onun doğum şəhadətnaməsi olmadığından və həmin sənədi məhkəmədən kənar başqa qaydada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Onun bacısı X3 da doğum şəhadətnaməsi eyni vaxtda yandığından sonuncu da məhkəmə qaydasında doğumunun qeyd edilməsi faktını müəyyən etdirmişdir. Bu barədə olan məhkəmə qətnaməsi sənədlərə əlavə edilmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və onun ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Şəlalə Cəfərova məktubla məhkəməyə müraciət edərək mülki işin onların iştirak olmadan keçirilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. - İİ СЛ № 492569 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, (Abbasova) Ərizəçi 15.03.1980-ci il tarixdə Ermənistanın Vardenis rayonu, Aşağı Şorca kəndində doğulmuş, ata qrafasında X10, ana qrafasında X7 qeyd edilmişdir. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 07.02.1976-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07.02.1976-cı ildə Ermənistanın Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuş, ata qrafasında X10, ana qrafasında X7 qeyd edilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(044)-682/2021 saylı qətnaməsinə əsasən X1 07 fevral 1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Aşağı Şorca kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilmiş, yeni doğum haqqında şəhadətnamə verilərkən adı X6 doğum tarixi 07 fevral 1976-cı il doğum yeri Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndi ata qrafasında X9 ana qrafasında X2 qeydiyyat aparılması qət edilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuş vətəndaş Ərizəçi doğum haqqında akt qeydi şöbənin arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 30.09.2021-ci il tarixli, 4/1871 № li cavab məktubunda qeyd edilmişdir ki, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadislər zamanı deportasiya edilmiş vətəndaşların iş stajı və başqa sosial-hüquq xarakterli hər hansı bir sənədi, o cümlədən doğum, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilmir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 04.10.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin surəti istənilməsi barədə sorğuya baxılmış, bildirilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən adı çəkilən şəxsin doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonun Aşağı Şorca kəndində doğulmasına, atasının X10, atasının milliyətinin azərbaycanlı, anasının X7, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydi aparılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmənin sorğusuna verilmiş cavablardan müəyyən olunmuşdur ki, məlum səbəblərdən Ermənistandan qaçqın gəlmiş Ərizəçi doğum akt qeydi dövlət arxivində və qeydiyyat orqanlarında olmadığından, onun bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4 və 4.1-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, doğum akt qeydini təsdiq edən sənədi ərizəçinin başqa qaydada ala bilməməsini, müvafiq qeydin əvvəllər mövcud olduğunu, lakin bərpasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Ərizəçi xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonun Aşağı Şorca kəndində doğulmasına, atasının X10, atasının milliyətinin azərbaycanlı, anasının X7, anasının milliyətinin azərbaycanlı olmasına dair doğumun qeyd edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (Abbasova) Ərizəçi xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonun Aşağı Şorca kəndində doğulmasına, atasının X10, atasının milliyətinin azərbaycanlı, anasının X7, anasının milliyətinin azərbaycanlı olmasına dair doğumun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2775/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2775/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver