Məhkəmə qərarları › İş №2(044)-2867/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2867/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2867/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh məxsus iki ədəd ağ rəngli servant; bir ədəd ağ rəngli güzgülü kamot; bir ədəd ağ rəngli televizor altı; bir ədəd ağ rəngli stol; on ədəd ağ, parçası göy rəngli stullar; bir ədəd göy rəngli künc divanı; bir ədəd yumru jurnalni; bir ədəd 3x4 ölçülü gəvə; bir ədəd 12 şamdanlı çilçıraq; bir ədəd kül rəngli soyuducu; bir ədəd mətbəx üçün qabaq stolu; dörd ədəd mətbəx üçün qırmızı stul; qırmızı rəngli bir şamlı çilçıraq; bir ədəd paltar şkafı; bir ədəd güzgülü trilyaj; bir ədəd iki nəfərlik çarpayı; iki ədəd tumba; bir ədəd balaca gəvə; bir ədəd 4 şamlı çilçıraq; iki ədəd taburetka; bir ədəd kalidor üçün çilçıraqdan ibarət cehiz əşyalarının ona məxsus ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzildən çıxarılmasına və dövlər rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmişdır ki, oğlu X4, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində ailə qurmuşlar. Cavabdeh el adətinə uyğun olaraq cehiz əşyalarını ona məxsus ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Evlənəndən 6-7 ay sonra cavabdeh heç bir səbəb olmadığı halda onların mənzilində sərbəstliyinin olmadığını səbəb kimi göstərərək mübahisə yaradıb, xırda cehiz əşyalarına da götürüb evdən getmişdir. Cavabdeh heç nə demədən ev kirayaləmiş və kirayə tutduğu evə köçüb kirayədə yaşayır. Onlar valideyn olaraq cavabdehin bu qərarına hörmətlə yanaşıb, oğlunu danlayıb ailəsini dağıtmayıb gedib ailəsi ilə kirayədə yaşamağını tövsiyə etmişlər. O, da valideyinlərini eşidib gedib həyat yoldaşı ilə kirayədə yaşamağa başladı. Bir neçə aydan sonra oğlunun kirayə qaldıqları evdən də gedib tələbə yoldaşının evində qaldığını bilmişlər. Cavabdehin evə qayıtmaq və oğlu ilə bir yerdə yaşamaq fikri yoxdursa ona aìd cehiz əşyaları onun evindən istifadə hüquqlarını məhdudlaşdırır. Cavabdeh onun mənzilində yaşamaq istəmir ancaq əşyalarını da aparmır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə Dövlət Texniki invertallaşdırma və Mülki hüquqların qeydiyyatı İdarəsi tərəfindən verilən, reyestr kitabında 13941 nömrəsi ilə qeydə alınan Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan 3 otaqlı (2 yataq otağı və l zaldan ibarət) mənzil İddiaçı məxsusdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, cavabdeh iddiaçının oğlu Hüseyn ilə çıxaraq kirayədə yaşamaq məqsədilə çıxmışdır. Onlar evdən çıxarkən qızına məxsus xırda cehiz əşyalarını aparmış, qalan əşyalarını isə aparmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş materiallarında olan iş üzrə tədqiq edimiş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin evdə yaşamayaraq başqa yerdə yaşayıb və həmin evlə bağlı istifadə hüququnun olub-olmamasını mübahisələndirmədən ona məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdə saxlanılması mülkiyyətə qəsd hesab edilməlidir. Ona görə də iddia təmin edilərək, cavabdehə məxsus əşyalar həmin evdən çıxarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilir ki, gələcəkdə onun həmin evdən istifadə hüququnun olması müəyyən edilərsə və bununla bağlı tələbi olarsa onun həmin əşyaları yenidən həmin evə köçürmək imkanları istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cavbdeh Cavabdeh aid iki ədəd ağ rəngli servant; bir ədəd ağ rəngli güzgülü kamot; bir ədəd ağ rəngli televizor altı; bir ədəd ağ rəngli stol; on ədəd ağ, parçası göy rəngli stullar; bir ədəd göy rəngli künc divanı; bir ədəd yumru jurnalni; bir ədəd 3x4 ölçülü gəvə; bir ədəd 12 şamdanlı çilçıraq; bir ədəd kül rəngli soyuducu; bir ədəd mətbəx üçün qabaq stolu; dörd ədəd mətbəx üçün qırmızı stul; qırmızı rəngli bir şamlı çilçıraq; bir ədəd paltar şkafı; bir ədəd güzgülü trilyaj; bir ədəd iki nəfərlik çarpayı; iki ədəd tumba; bir ədəd balaca gəvə; bir ədəd 4 şamlı çilçıraq; iki ədəd taburetka; bir ədəd kalidor üçün çilçıraq İddiaçı məxsus olan evdən çıxarılmalıdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb iddia tələbi edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus iki ədəd ağ rəngli servant; bir ədəd ağ rəngli güzgülü kamot; bir ədəd ağ rəngli televizor altı; bir ədəd ağ rəngli stol; on ədəd ağ, parçası göy rəngli stullar; bir ədəd göy rəngli künc divanı; bir ədəd yumru jurnalni; bir ədəd 3x4 ölçülü gəvə; bir ədəd 12 şamdanlı çilçıraq; bir ədəd kül rəngli soyuducu; bir ədəd mətbəx üçün qabaq stolu; dörd ədəd mətbəx üçün qırmızı stul; qırmızı rəngli bir şamlı çilçıraq; bir ədəd paltar şkafı; bir ədəd güzgülü trilyaj; bir ədəd iki nəfərlik çarpayı; iki ədəd tumba; bir ədəd balaca gəvə; bir ədəd 4 şamlı çilçıraq; iki ədəd taburetka; bir ədəd kalidor üçün çilçıraq İddiaçı məxsus ünvan 1 mənzil 19 ünvanından çıxarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar