Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2884/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36 ünvanda yerləşən evə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36 ünvanında artıq yaşamırlar. Cavabdehlər o mənzili aldıqdan sonra mübahisəli mənzildən köçüb getmişlər. Lakin hələ də onun mənzilində qeydiyyatda dururlar. Cavabdehlərin onun evində istifadə hüquqları olmadığından öz yaşayış yeri üzrə istifadə etdikləri evə pasport qeydiyyatına alınmalıdırlar. O, mülkiyyətçi olaraq həmin evə pasport qeydiyyatına alınması üçün cavabdehlərə razılıq verməmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdehlərdən biri qardaşı, digəri isə qardaşının oğludur. Cavabdehlər ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36-da qeydiyyatda olmalarına baxmayaraq, uzun müddətdir ki, orada yaşamırlar. Cavabdehlərin ona məxsus evdə formal olaraq qeydiyyatda qalmaları səbəbindən o, kommunal ödənişlərində əlavə maddi xərclər ödəyir. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36 ünvanı onun mərhum atası X2 adınadır. Onun atası Nurəddin Dadaşov 19 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından onun anası ona atasından qalan miras mülkü iddiaçı olan qardaşı Vüqar Dadaşövun adına keçirilməsini və ona həmin miras mülkdən payına düşən hissəyə görə pul verəcəklərini vəd etmişlər. Lakin bu günə qədər nə anası və nə də ki, qardaşı ona vəd etdikləri kimi, miras əmlakdan ona düşəcək payın əvəzi olan pulu ödəməmişlər. Məhkəmədən miras mülkdən ona düşən payın pul ilə əvəz olunduğu halda iddianın təmin olunmasına etiraz etmədi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36-da qeydiyyatda olsa da, həmin evdə çox adam yaşadığından o, valideynləri ilə birlikdə 2008-ci ildən həmin evdən çıxaraq müxtəlif ünvanlarda kirayədə yaşayırlar. O, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36-dan ona düşən payın kompensasiya ilə əvəz olunmasını istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 23.09.2019-cu il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, 36 saylı mənzil İddiaçı adına qeyd edilmişdir. 05.06.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36 ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 03.09.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X9, Cavabdeh1, Cavabdeh2, X6, X10, X7 və X3 ibarətdir. 17.11.2020-ci il tarixli 1059 saylı arayışdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər qeydiyyatdadırlar, lakin yaşamırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən notariat qaydada verilmiş ərizənin surətindən görünür ki, atası X5 27.02.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra harada yerləşməsindən asılı olmayaraq əmlak miras qalmışdır. Atasının vəfatından sonra həmin əmlakdan ona çatası miras paydan imtina edir. 02.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaşov Nurəddin Məmməd oğlundan qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 53.2 kv.m., yaşayış sahəsi 29.3 kv.m olan iki otaqlı mənzildən ibarət miras mülkə dair X13 oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər ünvan 1 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2884/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2884/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver