Məhkəmə qərarları › İş №2(044)-2885/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2885/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2885/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 İnqilab oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Ceyhun qızının Cavabdeh qarşı evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı Ceyhun qızına qarşı vəsiyyatnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədləri ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyesterdə 2V-48 № ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə ərizə təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. X5 və X1 qanunu nümayəndəsi Qanuni nümayəndə Rafiq qızının iştirakı və razılığı ilə, İddiaçı Ceyhun qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızı mərhum X2 miras qalmış Gəncə şəhəri, Atatürk 253 a ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış sahəsinin Cavabdeh mülkiyyətinə keçməsinə yazılı razılıq verir və həmin əmlaka münasibətdə iddiasından imtina edir.

2. Cavabdeh, X4, X3 mərhum ataları X2 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 146, mənzil 35, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi, Məmmədağa İsrafilzadə küçəsi 34, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 4-cü dalana olan bütün iddialardan və həmin əmlaklarla bağlı qaldırdıqları bütün məhkəmə iddialarından imtina edirlər. Həmin evləri (açarları ilə birlikdə) barışıq sazişi bağlandığı andan dərhal Qanuni nümayəndə Rafiq qızına təqdim edirlər və hər hansı formada hüquqlarının olmadığını bu barışıq sazişi ilə bir daha təsdiq edirlər.

3. Tərəflər hazırki mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər və məhkəmədə olan iddialarından imtina edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa izahat verərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ərizə verərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı Qanuni nümayəndə Rafiq qızı və Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları onlara geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

İddiaçı Ceyhun qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızının Cavabdeh qarşı evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı Ceyhun qızına qarşı vəsiyyatnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədləri ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin tərəfləri arasında 30.09.2021-ci il tarixdə bağlanmış aşadakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. X5 və X1 qanunu nümayəndəsi Qanuni nümayəndə Rafiq qızının iştirakı və razılığı ilə, İddiaçı Ceyhun qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızı mərhum X2 miras qalmış Gəncə şəhəri, Atatürk 253 a ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış sahəsinin Cavabdeh mülkiyyətinə keçməsinə yazılı razılıq verir və həmin əmlaka münasibətdə iddiasından imtina edir.

2. Cavabdeh, X4, X3 mərhum ataları X2 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 146, mənzil 35, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi, Məmmədağa İsrafilzadə küçəsi 34, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 4-cü dalana olan bütün iddialardan və həmin əmlaklarla bağlı qaldırdıqları bütün məhkəmə iddialarından imtina edirlər. Həmin evləri (açarları ilə birlikdə) barışıq sazişi bağlandığı andan dərhal Qanuni nümayəndə Rafiq qızına təqdim edirlər və hər hansı formada hüquqlarının olmadığını bu barışıq sazişi ilə bir daha təsdiq edirlər.

3. Tərəflər hazırki mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər və məhkəmədə olan iddialarından imtina edirlər. İddiaçı Ceyhun qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızının Cavabdeh qarşı evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı Ceyhun qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızına qarşı vəsiyyatnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədləri ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Qanuni nümayəndə Rafiq qızı tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Cavabdeh tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar