Məhkəmə qərarları › İş №2(044)-292/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-292/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-292/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvanda yerləşən evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvan onun şəxsi mülkiyyətindədir və o, məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvandan 4/6 hisə payının naturada bölünməsi, naturada bölgüsü mümkün olmadıqda cavabdehlər tərəfindən kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və ya mülkkün açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bütün bunlara baxmayaraq, o, özünə məxsus olan ünvan 1 mülkdə yaşaya bilmir. Cavabdehlər öz ailələri ilə birlikdə onun mülkündə yaşayırlar. Hazırda cavabdehlər tərəfindən ona qarşı edilən qanunsuz müdaxilə əsasında o, mülkiyyətindən məhrum olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvan paylı mülkiyyətdir və həmin mülkdən 4/6 hissə pay İddiaçı və ona və Cavabdeh2 1/6 hissə pay məxsusdur. İddiaçı onlar kompensasiya kimi bankdan pul verib ev tikdirmişlər və iddiaçı öz evində yaşaşyır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli 2(044)- 197/2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payın naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüçdürülməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvanda yerləşən ümumi sahəsi 109.8 kv.m, 0.04 kv.m torpaq sahəsində yerləşən ev açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı Adil qızı, Cavabdeh2 və Cavabdeh1 arasında onların həmin evə və torpaq sahəsinə olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. 17.06.2019-cu il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Adil qızı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvanda 03.06.2019-cu il tarixdən qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. 03.06.2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvandan 1/6 hissə Cavabdeh2, 4/6 hissədə İddiaçı və 1/6 hissə Cavabdeh2 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c ünvanda 4/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh2 və 1/6 hissədə Cavabdeh1 1/6 hissə payları vardır. Bu barədə onlara 03.06.2020-ci il tarixli çıxarış verilmişdir. Hazırda İddiaçı öz mülkiyyətində olan evə köçüb yaşaya bilmir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, iddiaçı İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c saylı ünvanda mülkiyyətində olan 4/6 hissəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 14, ev 7c saylı ünvanda mülkiyyətində olan 4/6 hissəsinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar